Gürcüstanda "Vəhabiliyə Son" adlı aksiya keçirilib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-01-2016, 21:00 | Şərh sayı: (0) | Baxılıb: 281
Gürcüstanda "Vəhabiliyə Son" adlı aksiya keçirilib
Gürcüstanda vəhabilər tərəfindən qətlə yetirilən azərbaycanlı Fikrət Əhmədovun vəfatı ilə bağlı etiraz aksiyası keçirilib.
SalamNews-un məlumatına görə, Gürcüstanın Soğanlıq kəndinin mərkəzində keçirilən aksiyada qeyd olunub ki, biz müsəlmanlar Gürcüstanda yad, təkfirci fikirləri qınayır və ölkədə tarixdən gələn müsəlman xristian dostluğunun davam etməsini arzu edirik. Bu səbəbdən dövləti və aiddiyyatı orqanları məsələ ilə ciddi maraqlanmağa çağırırıq.
Aksiya iştirakçıları bildiriblər ki, Fikrət Əhmədova dəyən bıçaq zərbəsini hamımıza dəymiş hesab edirik. Gürcüstan hakimiyətini Fikrət Əhmədovun qırxı gününədək bu azğın yuvanın kəndimizdə ləğvini tələb edirik, əks halda aksiyalarımız davam edəcəkdir. Vəhabilik müsəlmanlara deyil, bütün insanlara təhdid və təhlükədir.
Qeyd edək ki, yanvarın 2-də Soğanlıq kəndində qətl hadisəsi baş verib. Soğanlıq (Poniçala) kənd sakini, 1992-ci il təvəllüdlü Fikrət Əhmədov bıçaqlanaraq öldürülüb. Hadisəyə səbəb öldürülən gəncin Gürcüstan televiziyasına müsahibə verməsi olub. Fikrət Əhmədov "İmedi" kanalına müsahibəsində son bir neçə ildə kənddə vəhabilərin çoxaldığını bildirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər