Tehranda Səudiyyə Ərəbistanına qarşı etiraz aksiyası keçirilib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-01-2016, 00:25 | Şərh sayı: (0) | Baxılıb: 304

Tehranda Səudiyyə Ərəbistanına qarşı etiraz aksiyası keçirilib
Tehranın mərkəzi meydanında şiə din xadimi Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına etiraz olaraq növbəti kütləvi etiraz aksiyası keçirilib.
APA-nın "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, nümayişçilər Əl-Saud sülaləsinin devrilməsinə dair şüarlar səsləndiriblər.
Yanvarın 3-də şiə din xadimi Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına etiraz edən iranlılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin binasına hücum ediblər. Bundan sonra Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cübeyr İranla diplomatik əlaqələrin kəsildiyini bəyan edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər