İranda yerli azərbaycanlılar etiraz aksiyaları keçiriblər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-11-2015, 23:02 | Şərh sayı: (0) | Baxılıb: 297
İranda yerli azərbaycanlılar etiraz aksiyaları keçiriblər
Bu gün İranın bir çox şəhərlərində yerli azərbaycanlılar izdihamlı etiraz aksiyaları keçiriblər.
APA-nın oyannews.com saytına istinadən verdiyi məlumata görə, onlar bu il noyabrın 6-da İranın "Kanal 2" telekanalında yayımlanmış proqramda azərbaycanlıların təhqir edilməsinə etirazlarını bildiriblər.
Güney Azərbaycanın Təbriz, Urmiyyə, Ərdəbil, Zəncan, Meşkin şəhərlərində və paytaxt Tehranda keçirilən etiraz aksiyalarında "Haray, haray, mən Türkəm","Ölüm olsun rasizmə", "Azərbaycan var olsun, istəməyən kor olsun" kimi şüarlar səsləndiriblər.
Aksiya iştirakçıları ilə polis arasında toqquşmalar olub. Saxlanılanlar var.
Təbrizdə polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
"Səhər" Televiziyası isə İranın Teleradio Təşkilatının verilişdə efirə gedən təhqirə görə, İranda yaşayan azərbaycanlılardan üzr istəməsi barədə məlumat yayıb.
Teleradio təşkilatının yaydığı bəyanatda qeyd olunub ki, "Fitilə oteli" verilişinin yayımı dayandırılıb və verilişin yaradıcı heyəti cəzalandırılıb.
Qeyd edək ki, bu verilişdə azərbaycanlılar təhqir olunub.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər