Təbrizdə “Nardaranla bağlı” etiraz aksiyası oldu |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-12-2015, 09:11 | Şərh sayı: (0) | Baxılıb: 509
Təbrizdə “Nardaranla bağlı” etiraz aksiyası oldu
İrandan alınan xəbərlərdə deyilir ki, dekabrın 10-da Təbrizdə Azərbaycan Respublikasının konsulluğu qarşısında "Nardaranda şiələrin öldürülməsinə" etiraz olaraq aksiya keçirilib.
Onlarca etirazçı əllərində "Nardaran şəhidləri" kimi plakatlarla Azərbaycan hökumətini ittiham edib.
Yarırəsmi Mehr agentliyi xəbər verir ki, qeyri-mütəşəkkil təsir bağışlayan aksiyada əsasən dini mədrəsələrin tələbələri iştirak ediblər.
Bu da xəbər verilir ki, iştirakçılar aksiyanın sonunda konsulluğun qarşısında "ibadət edib, matəm keçiriblər".
Nardaran reydləri bir qrup İran millət vəkili tərəfindəndə kəskin pislənib.
Təbrizdə keçirilən cümə namazına rəhbərlik edən ayətullah Mohammad Mojtahed Shabestari keçən həftə deyib kİ, Azərbaycan təhlükəszilik qüvvələrinin Nardarandakı hərəkətləri qəbuledilməzdir.
Shabestari Fars xəbər agentliyinə deyib ki, Tehran Azərbaycan Respublikası ilə mehriban qonşuluq münasibətlərinə can atsa da, Bakı Nardaran hadisələrində İranın əlinin olduğunu deyir.
İranın Bakıdakı səfriliyinin dekabrın 1-də verdiyi bəyanatda deyilirdi ki, İran Azərbaycanın daxili işlərinə qarışmır və "Nardaran hadisələrində heç bir rol oynamayıb".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər