Bəhreyndə Aşuranın qadağan edilməsinə qarşı aksiyalar keçirildi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-10-2015, 08:02 | Şərh sayı: (0) | Baxılıb: 297
Bəhreyndə Aşuranın qadağan edilməsinə qarşı aksiyalar keçirildi
İslamazeri.az Bəhreyn mediasına istinadən xəbər verir ki, bəhreynlilər Ali-Xəlifə rejimi qüvvələrinin Məhərrəm ayında matəm mərasimləri təşkil edəcək şəxslərə hücum etməsinə etiraz məqsədilə aksiya keçirib. Güclü təhlükəsizlik tədbirlərinə baxmayaraq, Musəlla, Sar, Bələdi-Qədim və Sitrə başda olmaqla, Bəhreynin müxtəlif nöqtələrində rejim əleyhinə nümayişlər keçirilib. Müxtəlif şüarlar səsləndirən nümayişçilər Məhərrəm ayında əzadarlıq məclislərinin keçirilməsini əngəlləyən Ali-Xəlifə rejiminə etiraz ediblər. Bəhreyn bayrağı və "Əl-Vifaq" təşkilatının baş katibi Şeyx Əli Salmanın portretini daşıyan nümayişçilər siyasi məhbusların sərbəst buraxılmasını istəyiblər. Qeyd edək ki, Bəhreyn polisi ictimai yerlərdə asılmış İmam Hüseyn (ə) qiyamını əks etdirən plakatları və tabloları yığışdırmaqla məşğuldur. Digər tərəfdən, Bəhreyn İnsan Haqları Dərnəyi Ali-Xəlifə rejiminə bağlı qüvvələrin əzadarlıq məclislərinə hücum etməsini pisləyib və bu təşəbbüsün insan haqlarına təhqir olduğunu açıqlayıb.
Mənbə : İslamazeri
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər