Lənkəranda Həzi Aslanova hörmətsizlik: "cip"li "avtoş" kimdir? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-12-2015, 10:26 | Şərh sayı: (0) | Baxılıb: 602
Lənkəranda Həzi Aslanova hörmətsizlik: "cip"li "avtoş" kimdir?
Dekabrın 27-də, axşam saat 23:30 radələrində Lənkəran şəhərində xoşagəlməz hadisə baş verib.
Şəhər sakinlərinin Milli.Az-a verdiyi məlumata görə, həmin vaxt 90 ZK 504 dövlət qeydiyyat nişanlı qara rəngli "Land Rover" markalı avtomobilin sürücüsü "cip"ini şəhərin mərkəzindəki Həzi Aslanov abidəsinin qoyulduğu parka salaraq avtoxuliqanlıq edib. Daha sonra "mahir avtoş" avtomobilini Qala Xiyabanına sürərək eyni hərəkətləri orada davam etdirib.
Hadisə şahidlərinin sözlərinə görə, "avtoş"luq edən şəxs Sərhəd Qoşunlarının Lənkərandakı hərbi hissəsində xidmət edən hərbçi olub, lakin hadisəni törədən zaman sürücü mülki geyimdə olub.
Bu hərəkətinə görə sürücünü dövrəyə alan yerli gənclər ona izah etməyə çalışıblar ki, hərbçi ola-ola onun iki dəfə Sovet İttifaqı qəhrəmanı, general-mayor Həzi Aslanova hörmətsizlik etməsi, avtomobilini onun adını daşıyan parkda sürərək "avtoş"luq etməsi adlı-sanlı qəhrəmanımıza və yerli əhaliyə hörmətsizlikdir. Sürücü isə əməlinə görə üzr istəmək əvəzinə, onlara belə cavab verib: "Yaxşı edirəm, yenə sürərəm".
Nəhayət, yerli gənclərdən biri sürücüyə qanuna və insanlara hörmətin nə olduğunu "başa salmaq" üçün onun avtomobilinə minib onu kənara çəkib.
Hadisə şahidlərindən biri vəziyyətin gərginləşdiyini görüb rayon icra hakimiyyəti başçısının müavininə xəbər edib. Bundan cəmi bir neçə dəqiqə sonra hadisə yerinə üç post patrul xidməti və bir yol polisi avtomobili gəlib. Polislər park "qəhrəmanı"nı şəhərin küçələrindən birində saxlayaraq aparıblar.
Sürücü isə polislərin yanındaca hamının eşidəcəyi tərzdə "məsələni telefonla həll edəcəyəm" deyib.
Qeyd edək ki, qalmaqallı hadisə dərhal sosial şəbəkələrdə geniş yayılaraq böyük rezonans doğurub.
Lakin hadisə ilə əlaqədar Lənkəran Şəhər Rayon Polis Şöbəsindən Milli.Az-a bildirib ki, belə bir hadisə ilə bağlı onlara hər hansı məlumat daxil olmayıb.
Dövət Sərhəd Xidmətindən isə Milli.Az-a məlumatla bağlı məsələnin araşdırılacağını deyiblər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər