Ağcabədidə üç nəfər özünü binanın damından atmaq istədi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 21:14 | Şərh sayı: (0) | Baxılıb: 319
Ağcabədidə üç nəfər özünü binanın damından atmaq istədi
Ağcabədidə üç nəfər intihara cəhd edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Müsavat Partiyasının Ağcabədi rayon təşkilatının sədri Rəşid Nəcəfli sosial şəbəkələrdə yayıb. Onunm yazdığına görə, inmtihara cəhd edənlərdən biri ailəsini dolandıra bilməyən Ramil adlı şəxsdir.
Faktı Ağcabədi Rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı Gülmalı Orucov da təsdiqləyib. Onun sözlərinə görə, rayonda aksiyanın keçirilməsi barədə məlumatlar həriqəti əks etdirmir: “Ağcabədidə aksiya keçirilməyib. Mən hazırda növbətçi hissədəyəm. Mətbuatda yayılan xəbərlər şayədir. Sadəcə olaraq, bu gün 3 nəfər binanın üstünə çıxaraq intihara cəhd edib, lakin operativ tədbirlərin nəticəsində onların həyatını xilas etmək mümkün olub”.
Qeyd edək ki, sosial şəbəkələrdə Ağcabədi rayonunda yaşayan məcburi köçkünlərin etiraz mitinqi təşkil etdiyi ilə bağlı məlumatlar yayılmışdı.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər