Zərif: İran Ərəbistana gərginlik icazəsini verməyəcək |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 21:32 | Şərh sayı: (0) | Baxılıb: 260
Zərif: İran Ərəbistana gərginlik icazəsini verməyəcək
İran xarici işlər naziri deyib: İran İslam Respublikası Ərəbistanın gərginlik yaratması ilə Suriya böhranının həllinə mənfi təsir göstərməsinə icazə verməyəcək.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar günü BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan De Mistura ilə Tehranda görüşdə Ərəbistanın regiondakı funksiyasını gərginlik yaradan adlandırıb.
Zərif deyib: Bu ölkə Suriya böhranına mənfi təsir qoymaq niyyətindədir. Lakin İran Suriya və Yəmən, eləcə də Suriya miqrantlarının getməsi ilə Avropanın problemlərinn artmasına mane olmaq üçün bütün səylərini göstərəcək.
İran xarici işlər naziri bildirib: Ərəbistan İran İslam Respublikasının Yəmən paytaxtı Sənadakı səfirliyinə hücum etməklə və səfirliyin işçisini yaralamaqla öz mənfi strategiyalarını gizlədir. Halbuki İran səfirliklərin mühafizəsinin zəruriliyi qarşısında məsuliyyətli şəkildə addım atır.
BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan De Mistura da bu görüşdə Vyana iclasının nəticələrinin reallaşması və gerçəkləşməsi istiqamətindəki öz səyləri və müxaliflərin siyahısının tənzimlənməsi üzrə Suriya dövləti ilə müzakirələr barədə son məlumatı verib.
De Mistura iklin razılaşmaların nəticələri və mexanizmləri açıqlayaraq deyib: İran islam Respublikası Suriya böhranının həllində həmişə konstruktiv rola malik olmuşdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər