İran terrorizm, ifratçı və təkfirçi cərəyanlarla mübarizədə sona kimi dayanacaq |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 1-12-2015, 18:23 | Şərh sayı: (0) | Baxılıb: 290
İran terrorizm, ifratçı və təkfirçi cərəyanlarla mübarizədə sona kimi dayanacaq
İran terrorizm, ifratçı və təkfirçi cərəyanlarla mübarizəni sona kimi aparacaq. Bunu İranın ali lideri ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri və İran Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti Livanın "Hizbullah" Təşkilatının baş katibi Seyyid Həsən Nəsrullahla görüşündə deyib. Bu barədə Trend İranın Tasnimnews xəbər saytına istinadən məlumat verir.
Ə.Ə.Vilayəti deyib ki, regionda baş verən proseslər və əldə olunan qələbələr İran, Hizbullah, Suriya hökuməti və xalqı, Livan, İraq və Rusiyanın terrorçulara qarşı müqaviməti nəticəsində mümkün olub: "Terrorizm, ifratçı və təkfirçi cərəyanların cinayətləri və çirkin planları uğursuz olacaq".
Qeyd edək ki, Əli Əkbər Vilayəti Suriya və Livana səfəri çərçivəsində Suriya və Livanın bir sıra rəsmiləri ilə görüşlər keçirib.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər