Rusiya xarici işlər naziri Lavrovdan İrana dəstək |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-09-2015, 16:17 | Şərh sayı: (0) | Baxılıb: 519
Rusiya xarici işlər naziri Lavrovdan İrana dəstək
İslamazeri.az-ın "İRİB"ə istinadən verdiyi məlumata görə, Rusiya xarixi işlər naziri Sergey Lavrov İranın İŞİD-ə qarşı mübarizədə son dərəcə qəti mövqeyə malik olduğunu bildirib. O, həmçinin bu mübarizəyə Rusiya olaraq dəstək verdiklərini də qeyd edib. Sergey Lavrov verdiyi açıqlmada Rusiyanın İran, İraq və Suriya ilə İŞİD-ə qarşı əməkdaşlıq etdiyini deyib. Xarici işlər naziri terrorla mübarizədə Suriya və İraqa yardım etdiklərini, adı çəkilən ölkələri silah və digər hərbi təchizatlarla təmin etdiklərini bildirib. Lavrov gələcəkdə də belə yardımların davam etdirilməsi üçün ölkələr arasında danışıqların davam edəcəyini əlavə edib. Rusiya daxili işlər naziri Mixail Boqdanov isə Rusiya, İran, ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir nümayəndə heyətlərinin iştirakıyla Suriya məsələsinin müzakirəsini planlaşdırdığını açıqlayıb. Boqdanov Rusiyanın adı çəkilən iclasın tezliklə baş tutmasında maraqlı olduğunu qeyd edib. Rusiya xəbər agentliyinin yaydığı məlumata görə isə planlaşdırılan görüşün oktyabr ayında baş tutacağı deyilir.
Mənbə : İslamazeri
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər