İran Ərəbistan məhsullarını boykot etdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-01-2016, 19:58 | Şərh sayı: (0) | Baxılıb: 375
İran Ərəbistan məhsullarını boykot etdi
İran İslam Respublikası hökuməti Ərəbistandan İrana ixrac olunan və ya Ərəbistan istehsalı olan məhsulların ölkəyə girişini qadağan etdi.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Respublikası Nazirlər Kabinetinin fövqəladə iclasında Ərəbistandan İrana ixrac olunan və ya Ərəbistan istehsalı olan məhsulların ölkəyə girişinə qadağa təsdiqlənib.
İran İslam Respublikası Nazirlər Kabineti bu gün Ərəbistanın İranla əlaqələrini kəsməsinə reaksiyada keçirdiyi fövqəladə iclasda Ərəbistanda istehsal olunan və yaxud bu ölkədən İrana, o cümlədən ölkənin Azad İqtisadi zonalarına ixrac olunan məhsulları qadağan edib və təsdiqləyib ki, ümrə həcci də məlumat verilənə qədər qadağan olunmuş şəkildə qalır.
Səudiyyə Ərəbistanı rejimi tələsik və öncədən hazırlanmış proqram əsasında mübariz ruhani Şeyx Nimr Baqir əl-Nimrin edam edilməsinə etiraz olaraq Ərəbistanın Tehrandakı səfirliyinə hücumun ardınca İran İslam Respublikası ilə əlaqələrini kəsib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər