Həsən Ruhani: "Qonşu ölkələr və müsəlman dövlətləri ilə konstruktiv münasibətlərin qurulması İran xarici siyasətinin əsas məqsədidir" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-01-2016, 08:28 | Şərh sayı: (0) | Baxılıb: 298
Həsən Ruhani: "Qonşu ölkələr və müsəlman dövlətləri ilə konstruktiv münasibətlərin qurulması İran xarici siyasətinin əsas məqsədidir"
Qonşu ölkələr və müsəlman dövlətləri ilə konstruktiv münasibətlərin qurulması İran xarici siyasətinin əsas məqsədidir.
APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani hökumətin iclasındakı çıxışında bəyan edib.
O qeyd edib ki, şiə din xadimi Nimra ən-Nimranın Səudiyyə Ərəbistanında edam olunması səhv addımdır. İran və Səudiyyə xalqları arasında tarixən dost münasibətlərin olduğunu xatırlayan H.Ruhani deyib ki, rəsmi Ər-Riyad şiə və sünnilər arasında nifaq salmaq, dünya ictimai rəyində İrana qarşı mənfi obraz formalaşdırmağa çalışır.
Eyni zamanda Ruhani Səudiyyə Ərəbistanının Tehranda və Məşhəddəki diplomatik nümayəndələrinə edilən hücumu pisləyib, etirazçıların hərəkətlərini səhv və qeyri-qanuni adlandırıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər