İran BMT-yə şikayət edəcək |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 11:15 | Şərh sayı: (0) | Baxılıb: 256
İran BMT-yə şikayət edəcək
İran xarici işlər nazirliynin köməkçisi Hüseyn Əmir Abdullahiyan səfirliyə edilən hücumla bağlı sənəd hazırladıqlarını bəyan edib.
Musavat.com-un məlumatına görə, Abdullahiyan bildirib ki, sənəd qısa müddətdə BMT-yə təqdim ediləcək.
Beynəlxalq hüquqa müraciət edəcəklərini söyləyən Abdullahiyan deyib: “Səudiyyə Ərəbistanı Sanada yerləşən İran səfirliyinin təhlükəsizliyinə diqqət etməlidir. Səfirliyimizin binasına maddi zərər dəyib və diplomatlarımız yaralanıb”.
Qeyd edək ki, İranın Sanada yerləşən səfirliyinə raket atılıb. İran rəsmisi bu gün verdiyi yazılı açıqlamada hadisənin qəsdən törədildiyini vurğulayıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər