ABŞ dövlət katibi viza qanunu ilə bağlı İran xarici işlər nazirinə məktub göndərib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-12-2015, 13:48 | Şərh sayı: (0) | Baxılıb: 322
ABŞ dövlət katibi viza qanunu ilə bağlı İran xarici işlər nazirinə məktub göndərib
ABŞ dövlət katibi Con Kerri İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərifə ünvanlanmış məktubda yazır: ABŞ-ın yeni viza qanunu İranın iqtisadi mənafeyi yolunda maneə yaratmır.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari ABŞ dövlət katibi Con Kerrinin terrorizm ilə mübarizə bəhanəsi ilə ötən 5 ildə İrana səfər edən şəxslərin ABŞ-a səfər etmələrinin məhdudlaşdırılması ilə bağlı yeni viza qanunu ilə bağlı İran xarici işlər naziri Məhəmməd Cavad Zərifə yazdığı məktubu barədə deyib: Bu qanun layihəsi sionist lobbisinin səyi ilə büdcə layihəsinin bir hissəsi olaraq ABŞ Konqresində təsdiq edilib və bu qanunu veto etmək hüququ ABŞ prezidentinin əlindən alınıb.
Cabiri Ənsari əlavə edib: İranın xarici işlər naziri və nüvə müzakirə heyətinin Nyu-York, Vyana, Brüssel və Tehranda Amerika və Avropa nümayəndələri ilə 10 gün davam edən sıx müzakirələrinin ardınca nəhayət ABŞ dövlət katibi iranlı həmkarına bir məktub göndərərək, bu qanunun İranın iqtisadi mənafeyinə zərər vurmayacağı barədə ABŞ hökumətinin bütün imkanlarından istifadə edəcəyini bildirib.
İran Xarici İşlər Nazirliyi sözçüsünün dediyinə görə, Con Kerri öz məktubunda yazıb: ABŞ nüvə anlaşması çərçivəsində sanksiyaların ləğvi və Amerika dövlətinin öz öhdəliklərinə əməl etməsi məsələsinə sadiqdir.
Cabiri Ənsari əlavə edib: ABŞ dövlət katibi öz məktubunda həmçinin bildirib ki, ABŞ dövləti malik olduğu ixtiyarlardan istifadə edərək, viza qanunu ilə bağlı bəzi düzəlişlər edəcək və digər ölkələrin İran ilə iqtisadi əlaqələrinin zərər görməsinə imkan verməyəcək. Belə ki, ABŞ prezidenti öz səlahiyyətlərindən istifadə edərək, bu qanunun icrasını belə durdurmağa qadirdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər