Ruhani: Ərəbistan regiondakı siyasətlərinin uğursuzluğunu ört-basdır etməyə çalışır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-01-2016, 20:18 | Şərh sayı: (0) | Baxılıb: 299
Ruhani: Ərəbistan regiondakı siyasətlərinin uğursuzluğunu ört-basdır etməyə çalışır
İran prezidenti Ərəbistanın tanınmış ruhanisi Şeyx Nimr Baqir Əlnimrin Ali-Səud rejimi tərəfindən edam olunmasını bu rejimin öz daxili problemləri və region siyasətlərindəki uğursuzluğunu ört-basdır etməsi adlandırıb.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani çərşənbə günü nazirlər kabinetinin iclasında Ərəbistan şilələrinin rəhbəri Şeyx Nimr Baqir Əlnimrin Ali-Səud rejimi tərəfindən yersiz olaraq və zalımcasına edam olunmasına toxunaraq, deyib ki, bu böyük din alimi puç dəlillərə və Ərəbistan dövlətini tənqid etdiyinə görə, zindana salındı və haqsız şəkildə məhkum edilərək, edam olundu ki, heç bir ölkənin hüquq normalarında tənqidə görə, bir şəxsin başını kəsib, faciəli surətdə edam etmirlər.
Ruhani nüvə anlaşmasının əməl vaxtında qalib gələcəyini bildirərək, deyib: Ərəbisanın bu hərəkətləri bu rejimin öz daxili problemləri və onların regiondakı son uğursuzluqlarını ört-basdır etmək və İrana təzyiq göstərmək üçündür.
Ruhani vurğulayıb: Ərəbistanın İran İslam Respublikası ilə diplomatik əlaqələri kəsməkdə və digər ölkələri İranla əlaqələri kəsməyə təşviq etmək və onlara təzyiq göstərməkdə məqsədi, regionda təhlükəsizlik, sabitlik və sülh prosesinə xələl gətirməkdir.
İran İslam Respublikası prezidenti vurğulayıb ki, Ərəbistan dövlətinin regional siyasətləri prosesi regionda sabitlik və təhlükəsizliyi aradan götürmək və terrorizmin inkişafı, zülm və təcavüz yolunda olub. O, Ərəbistan dövlətindən istəyibdir ki, keçmiş səhv və xətalarının əvəzini çıxsın və yanlış və nəticəsis yoldan əl çəksin, zira bütün region ölkələri ilə qardaşlıq, dostluq, terrorizmlə real mübarizə, eləcə də təhlükəsizlik və sabitlik İran İslam Respublikasının əsas istəyidir.
Həsən Ruhani bir daha Tehran və Məşhəddə Ərəbistanın diplomatik məkanlarına hücumu yanlış və qanunsuz hərəkət adlandıraraq, deyib ki, onun amilləri ilə qətiyyətlə rəftar olunacaq.
İran İslam Respublikası prezidenti Ərəbistanın regional terrorizmə maliyyə və silah dəstəklərinə, Yəmənıin məzlum xalqına hava və raket hücumlarına, İraq və Suriya dövlətlərinin son illərdəki qələbələri yolunda maneçilik törətmələrinə toxunaraq, deyib ki, bütün bu addımlar regionda gərginliyin və sünnü və şiə arasında daha artıq uzaqlığın yaradılması üçündür.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər