İran ölüm Səudiyyə Ərəbistanına etiraz notası verdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-11-2015, 17:01 | Şərh sayı: (0) | Baxılıb: 385
İran ölüm Səudiyyə Ərəbistanına etiraz notası verdi
İran narkotik qaçaqmalçılığında təqsirləndirilən 3 vətəndaşı barəsində Səudiyyə Ərəbistanında ölüm hökmünün verilməsinə etirazını bildirib.
APA-nın məlumatına görə, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb. Qeyd edilib ki, İranın Xarici İşlər Nazirliyi ötən gün Səudiyyə Ərəbistanının İrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağıraraq Ər-Riyadın narkotik qaçaqmalçılığında təqsirləndirilən 3 İran vətəndaşını edam etdirmək istəyinə etiraz edib:
"XİN, həmçinin Səudiyyə Ərəbistanı diplomatına rəsmi Tehranın və Ər-Riyadın qoşulduğu konsulluq məsələləri ilə bağlı 1963-cü il tarixli Vyana Konvensiyasının nəzərdə tutduğu öhdəlikləri də xatırladıb. İran xarici siyasət idarəsi Səudiyyə Ərəbistanı rəhbərliyindən İran vətəndaşlarına qarşı gələcəkdə də beynəlxalq öhdəliklərin pozulmasının qarşısını almaq üçün lazımi tədbirlər görməsini istəyib".
Xatırladaq ki, ötən gün Səudiyyə Ərəbistanının Şərq vilayətinin paytaxtı Dammam şəhər məhkəməsi ölkəyə böyük həcmdə həşiş gətirdiyi üçün həbs olunan 3 İran vətəndaşı qarşı ölüm hökmü çıxarıb. Yerli məhkəmənin qərarı Ali məhkəmə və kral Salman ben Abdel Aziz Əl Saud tərəfindən təsdiqlənib.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər