Azərbaycan və İran Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə işçi qrupları yaradacaqlar |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-10-2015, 23:32 | Şərh sayı: (0) | Baxılıb: 367
Azərbaycan və İran Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə işçi qrupları yaradacaqlar
"Azərbaycan-İran əlaqələri çox yüksək templə, böyük uğurla inkişaf edir. Bu uğurların təməlində Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi dayanır". Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.
Nazir qeyd edib ki, əlaqələrimiz çoxşaxəlidir, siyasi əlaqələr də yüksək səviyyədədir. Azərbaycan-İran əlaqələri energetika, nəqliyyat, maliyyə, ticarət və digər sahələrdə inkişaf edir: "Bugünkü iclasın əsas məqsədi Azərbaycan və İran ərazisindən keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması ilə bağlı danışıqların aparılması, birgə layihələrin hazırlanması və bu istiqamətdə işlərin görülməsidir. Hər iki ölkənin yüksək rəsmilərinin iştirakı ilə çox məhsuldar görüş oldu".
Ş.Mustafayev hesab edir ki, bu dəhlizin səmərəliliyinin artırılması hər iki ölkənin tranzit imkanlarının artmasına gətirib çıxaracaq və hər iki ölkəyə siyasi və iqtisadi baxımdan dividendlər gətirəcək: "Bugünkü müzakirələrin nəticəsi olaraq müvafiq işçi qruplarının yaradılması qərara alındı. Əməkdaşlarımız sabah da danışıqlar aparacaqlar. Danışıqların nəticəsi olaraq razılaşdırdığımız layihələrlə bağlı müvafiq qərarlar qəbul edəcəyik və layihələr üzrə nümayəndələrə müvafiq tapşırıqlar verəcəyik. İnanırıq ki, bu gün və sabah aparılacaq müzakirələr nəticəsində, səylərimiz nəticəsində gələcəkdə Şimal-Cənub nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması üçün işlər görüləcək".
Qeyd edək ki, Astarada (Azərbaycan) Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizinin iştirakı ilə Azərbaycan və İran nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilir. Görüşdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılır.
Növbəti iclasın dekabr ayında Tehranda keçirilməsi nəzərdə tutulur.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər