"İran ilə müharibə bölgənin fəlakəti olar" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-01-2016, 07:26 | Şərh sayı: (0) | Baxılıb: 278
"İran ilə müharibə bölgənin fəlakəti olar"
Səudiyyə Ərəbistanının Müdafiə naziri, ölkəsi ilə İran arasında baş verə biləcək müharibənin bölgədə böyük bir fəlakətin başlanğıcı olacağını söyləyib.
Müdafiə naziri Şahzadə Məhəmməd ibn Salman, ötən həftə Səudiyyə Ərəbistanında şiə din adamı Nimr Baqir əl Nimr ilə yanaşı 47 məhkumun edam edilməsi və İrandakı Səudiyyə səfirliyinə edilən hücumlardan sonra iki ölkə arasında yaşanan diplomatik gərginlikdən danışıb.
Nazir “Economist” jurnalına verdiyi müsahibədə, "İki ölkə arasında birbaşa müharibə ola bilərmi?" sualını cavablandırarkən bunları deyib: “Biz bunu planlaşdırmırıq və belə bir hadisəni arzulamırıq. İki ölkə arasında müharibənin olması üçün səy göstərən varsa, o şəxsin ağlı başında deyil".
Bunun ardından Şahzadə Məhəmməd, İranla müharibə ehtimalının olmadığını vurğulayıb: “Səudiyyə Ərəbistanı ilə İran arasındakı bir döyüş, bölgədə böyük bir fəlakətin başlanğıcı olur. Belə bir döyüşə qətiyyən icazə verməyəcəyik.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər