Zərif: Ərəbistanın strategiyası regionda firqə gərginliklərini şiddətləndirməkdir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 21:22 | Şərh sayı: (0) | Baxılıb: 250
Zərif: Ərəbistanın strategiyası regionda firqə gərginliklərini şiddətləndirməkdir
İran xarici işlər naziri deyib: Səudiyyə Ərəbistanının strategiyası İranla 5+1 qrupu arasındakı nüvə anlaşmasına zərbə vurmaq və regionda firqə gərginliklərini şiddətləndirməkdir.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Amerikanın Nyu-York qəzetinə yazdığı məqalədə bildirib: Təəssüflər olsun ki, bəzi ölkələr İranın dünya ilə konstruktiv anlaşma yoluna daş atırlar və 2013-cü il müvəqqəti nüvə anlaşması əldə olunduqdan sonra Səudiyyə Ərəbistanı anlaşmanı məğlubiyyətə uğratmaq üçün bütün var-gücündən istifadə edir.
Zərif əlavə edib: Hazırda da Ər-Riyadda bəziləri həm şəraitin normallaşmasına mane olur, həm də bütün regionu qarşılaşmaya sürükləmək ardıncadırlar.
Zərif bildirib: Ərəbistanda barbarlıq tamamilə aydındır. Bir gündə 47 nəfər, o cümlədən bütün həyatını zorakılıqla mübarizə və hüququn aliliyinə sərf etmiş tanınmış ruhani Şeyx Baqir əl-Nimrin boynu vuruldu.
İran xarici işlər naziri bildirib: Ərəbistanın strategiyası anlaşmanı öz normal istiqamətindən çıxarmaq, hətta regionda gərginliyi şiddətləndirməkdir. Bu strategiyanın üç mərhələsi vardır: Qərbə təzyiq göstərmək, Yəməndə müharibəni şiddətləndirmək yolu ilə de-stabilliyi artırmaq və ifratçılığı dəstəkləmək və İranı təhrik etmək.
İranın xarici diplomatiya idarəsinin rəhbəri əlavə edib: Ərəbistanın Yəməndəki hərbi kampaniyası və ifratçıları dəstəkləməsi tamamilə aydındır. Lakin İran əleyhinə fitnəkarlığı beynəlxalq ictimaiyyətdə Tehranın təmkinliliyinə görə gözə çarpmadı.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər