"Umid edirik ki, Suriya üzrə danışıqlar davam edəcək" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-01-2016, 10:13 | Şərh sayı: (0) | Baxılıb: 295
"Umid edirik ki, Suriya üzrə danışıqlar davam edəcək"
Səudiyyə Ərəbistanı və İran arasında yaşanan gərginliyə baxmayaraq, rəsmi Vaşinqton Suriya üzrə danışıqların davam edəcəyinə ümid bəsləyir.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib.
"Biz əvvəlki kimi ümid edirik ki, Suriyanın hökumət və müxalifət nümayəndələri yanvarda bir araya gələcək", deyə C.Kirbi bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və İran Suriyada münaqişənin nizamlanması üzrə danışıqlar prosesinin iştirakçısıdırlar. İran Suriya hökumətini, Səudiyyə Ərəbistanı isə Bəşər Əsəd rejiminə qarşı çıxanları dəstəkləyir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər