Ruhani: Sanksiyaların İrana təsiri olmayıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 21:31 | Şərh sayı: (0) | Baxılıb: 284
Ruhani: Sanksiyaların İrana təsiri olmayıb
İran İslam Respublikası prezidenti deyib: Cənubi Pars qaz yatağının 15 və 16-cı fazalarının istifadəyə verilməsi sanksiyaların İrana təsir etmədiyini göstərdi.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar ertəsi günü Buşehr vilayətində Cənubi Pars qaz yatağının 15 və 16-cı fazalarının istifadəyə verilməsi mərasimində əlavə edib: Hökumət bütün məkrli planlar və problemlərə baxmayaraq öz vədlərinin üzərində durmuşdur.
İran prezidenti deyib: 11-ci hökumət xalqın dəstəyi və İslam İnqilabının Böyük Rəhbərinin bələdçiliyi ilə çox çətin yolu keçmişdir və Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası və sanksiyaların ləğvindən sonra bu böyük işin əzəməti vətəndaşlar üçün açıqlanacaqdır.
Ruhani həmçinin 1395-ci günəş ilini sanksiyalardan keçid və iqtisadi dirçəliş ili adlandırıb və ümidvarlıq edib ki, bu gündən İran xalqı üçün sevindirici xəbərlər gələcəkdir.
İranın Ali Milli Təhlükəsizlik Şurasının sədri sanksiyaların aradan qaldırılması, gözəl nəticə ilə iki böyük seçkinin keçirilməsini gələcək xoş xəbərlərdən adlandırıb və əlavə edib: Hökumət vədlərini yerinə yetirib və yetirəcəkdir.
Ruhani həmçinin deyib: İslam İnqilabının Böyük Rəhbərinin vurğuladığı müqavimət iqtisadiyyatı budur ki, İran öz ayağı üzərində dayansın və gənc istedadlarına arxalansın.
İran İslam Respublikası radikallıq və davanın bir şeyi düzəltmək üçün yaxşı olmadığını vurğulayaraq əlavə edib: Aranı qarışdırmaq bir şey deyildir, sanksiya tənzimləmək asandır və bir məntiqsizliklə sanksiya hazırlanır. Lakin anlaşma çətindir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər