NATO komandanı vasitəçilik edir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-11-2015, 09:18 | Şərh sayı: (0) | Baxılıb: 291
NATO komandanı vasitəçilik edir
NATO Rusiyaya məxsus hərbi təyyarənin vurulması ilə bağlı yaranmış gərginliyi azaltmağa çalışır.
Ixlas.Az APA-ya istinadən bildirir ki, bu barədə NATO-nun Avropadakı qüvvələrinin baş komandanı general Filip Bridlav bildirib.
"Gərginləşmiş vəziyyəti yumşaltmaq əzmindəyik. Heç kim hər hansı formada vəziyyətin mürəkkəbləşməsini arzulamır. Hazırda bu istiqamətdə səylər davam etdirilir", deyə general bildirib.
Qeyd edək ki, Filip Bridlav hazırda Latviyanın paytaxtı Riqada işgüzar səfərdədir.
Xatırladaq ki, Türkiyə Hərbi-Hava Qüvvələri noyabrın 24-də Suriya istiqamətindən sərhədi pozan Rusiyanın "Su-24" bombardmançı təyyarəsini vurub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər