Rusiyadan NATO-ya xəbərdarlıq |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-10-2015, 18:17 | Şərh sayı: (0) | Baxılıb: 364
Rusiyadan NATO-ya xəbərdarlıq
Islamazeri.az-ın "İRİB"-ə istinadən verdiyi xəbərə görə, Rusiyanın NATO yanında daimi nümayəndəsi Aleksandr Qruşko Türkiyədə NATO-ya məxsus "Patriot" raket sistemləri məsələsini diqqətdə saxlayacaqlarını açıqlayıb. Moskva-Brüssel video konfransında danışan Qruşko "Türkiyədə ABŞ, İspaniya və Almaniyanın "Patriot" sistemləri var. NATO bəyanatında missiyanın müddəti ilə bağlı danışıqlar aparılacağı bildirilib. İttifaqın Türkiyədəki "Patriot"larla bağlı nə qərar verəcəyini izləyəcəyik", -deyib. Rusiyanın Türkiyə hava məkanını pozması ilə bağlı iddiadan sonra NATO və Pentaqondan verilən bəyanatlarda lazım gələrsə Türkiyədən çıxarılan "Patriot"ların ən qısa müddətdə geri gətirilə biləcəyi qeyd olunmuşdu. Rusiyanın Türkiyəyə qarşı düşmən mövqedə olmadığını deyən Qruşko "Türkiyənin hava məkanını pozmağımız Yaxın Şərqdə Rusiya əleyhinə kampaniya aparmaq üçün bir bəhanə kimi istifadə edildi", -deyə əlavə edib. Qruşko Suriyada neqativ hərbi hadisələrin baş verməməsi məqsədilə Türkiyə və ABŞ ilə koordinasiya danışıqlarına başladıqlarını diqqətə çatdırıb. Türkiyə ilə xeyli danışıqların aparıldığını qeyd edən rus səlahiyyətli baş qərargah rəisləri səviyyəsində məlumat mübadiləsinin davam etdiyini vurğulayıb. Qruşko İŞİD ilə mübarizəyə maraq göstərən bütün ölkələrlə koordinasiya toplantıları etməyə hazır olduqlarını deyib.
Mənbə : İslamazeri
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər