Türkiyə Su-24-lə bağlı sübutları Moskvaya verdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-11-2015, 09:21 | Şərh sayı: (0) | Baxılıb: 239
Türkiyə Su-24-lə bağlı sübutları Moskvaya verdi
Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı Rusiya hərbi attaşesinə Su-24 təyyarəsi ilə bağlı məlumatları təqdim edib.
Ixlas.Az APA-ya istinadən bildirir ki, rusiyalı diplomat baş vermiş hadisənin detalları barədə məlumatlandırılıb.
Tərəflər arasında fikir mübadiləsi aparılıb. Türkiyə hərbçiləri bildirib ki, məsələ ilə bağlı hər növ əməkdaşlığa hazırdırlar.
Reuters agentliyinin xəbərinə görə, bundan əvvəl Türkiyə Rusiya təyyarəsinə xəbərdarlıq barədə səs yazısını açıqlayıb. Səs yazısında "istiqamətinizi dəyişin" sözlərini eşitmək mümkündür.
Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələri noyabrın 24-də Suriya istiqamətindən sərhədi pozan Rusiyanın "Su-24" bombardmançı təyyarəsini vurub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər