Rusiyanın raketləri azərbaycanlıların kəndinə düşdü? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-10-2015, 15:38 | Şərh sayı: (0) | Baxılıb: 411
Rusiyanın raketləri azərbaycanlıların kəndinə düşdü?
Xəzər dənizindən Suriyaya buraxılan 4 qanadlı raket İrana düşüb. Raketlərin zərər vurub-vurmaması barədə məlumat yoxdur.
ABŞ Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən rəsmiləri bildiriblər.
Milli.Az BBC-yə istinadən bildirir ki, Rusiya Müdafiə Nazrliyinin rəsmi açıqlamasına görə, Xəzər dənizindəki 4 hərbi gəmidən Suriyanın şimal və şimal-qərbindəki hədəflərə 26 qanadlı raket buraxıb. Rəsmi Moskva təkrarən deyib ki, raketlərin hamısı hədəfləri məhv edib.
Bu arada NATO Suriya münaqişəsində Rusiyanın hərbi iştirakının artdığı bir vaxtda keçirilən görüşündə üzvlərinə hərbi dəstək barədə vədlərini təkrarlayıb.
NATO qoşunlarının sürətli yerləşdirilməsi üçün çevik qüvvələrin sayını artır.
ABŞ rəsmiləri raketlərin konkret harada düşdüyü barədə əlavə məlumat verməyib.
Çərşənbə günü İranın İrna xəbər agentliyi məlumat vermişdi ki, Qərbi Azərbaycan vilayətindəki Qızqapan kəndinə uçan naməlum obyekt düşmüşdü. Həmin kənd raketlərin təxmini trayektoriyasındadır.
Amma İran mediası raketlərin İrana düşməsi barədə məlumatları "ABŞ-ın Moskvaya qarşı psixoloji əməliyyatları" adlandırıb.
Oyannews.com isə vurğulayır ki, Rusiyanın Xəzər dənizindəki hərbi gəmilərdən buraxdığı 25 qanadlı raketdən 4-dü Qərbi Azərbaycandakı Qızqapan kəndinə düşüb.
Raketlərin düşməsi nəticəsində kənddə 3 ev dağılıb, 12 evə ziyan dəyib.
Raket partlayışları nəticəsində 2 kənd sakini yaralanıb. Qəlpələr 4 dana və 7 qoyunu da tələf edib.
Kənd bələdiyyəsinin məlumatına görə, partlayış raketlərin yox, pilotsuz uçan aparatın düşməsi nəticəsində baş verib.
Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, Xəzər hərbi donanmasının 4 gəmisindəki "Kalibr" raket kompleksləri vasitəsilə Suriyadakı terrorçuların mövqelərinə atəş açılıb.
Raketlər 1500 kilometr məsafəni qət ediblər.
Rusiya bunu tarixi hadisə sayır, çünki "Kalibr" döyüş kompleksindən ilk dəfə istifadə olunub.
Rusiyanın Xəzər Hərbi Donanmasındakı "Dağıstan" mühafizə gəmisi, habelə "Qrad Sviyajsk", "Uqliç" və "Velikiy Ustyuq" kiçik raket gəmilərində "Kalibr" kompleksinin 3M14 qanadlı raketləri var.
Orxan Hun
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər