Türkiyə yeni hədə: "Rusiyalılar bu ölkəyə getməsinlər" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-11-2015, 11:06 | Şərh sayı: (0) | Baxılıb: 297
Türkiyə yeni hədə: "Rusiyalılar bu ölkəyə getməsinlər"
Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçov Türkiyə ilə bütün hökümətlərarası müqavilələrin dondurulmasını təklif edib.
Ixlas.Az APA-ya istinadən bildirir ki, rusiyalı senator Türkiyə tərəfinin Suriyada Rusiyaya məxsus "Su-24" bombardmançı təyyarəsini vurması səbəbindən Türkiyə ilə bütün əlaqələrin dondurulmasının vacib olduğunu qeyd edib.
"Türkiyəyə tətilə getməyə hazılaşan Rusiya vətəndaşları bu ölkəyə getməsinlər. Bu ölkə ilə hökümətlərarası əlaqələr düzələnədək dondurulmalıdır", deyə Kosaçov bildirib.
Türkiyənin baş vermiş insidentlə bağlı üzr istəməyəcəyinə işarə vuran rusiyalı senator vurğulayıb ki, NATO-nun da bu insidenti qiymətləndirməyə cürəti yoxdur: "Türkiyənin üzr istəyəcəyinə də ümidim yoxdur. Qlobal terrorla mübarizədə potensial tərəfdaşlarımızın reaksiyalarını gözləyirik".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər