Türkiyə Rusiyanın təyyarəsini vurdu |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 24-11-2015, 14:04 | Şərh sayı: (0) | Baxılıb: 1225
Türkiyə Rusiyanın təyyarəsini vurdu
13:14
Milli.Az DHA-ya istinadən bildirir ki, Rusiyanın Su-24 qırıcı-bombardmançı təyyarəsi Türkiyənin Hatay vilayətinin Yayladağ rayonundan 4 km aralıda vurulub.
Təyyarə Türkməndağı tərəfdən Suriyada türkmənlərin kompakt yaşadığı Yamadi tərəfə yönəlirmiş. Su-24 bombardmana hazırlaşırmış.
Təyyarə vurulandan sonra Murtlu və Kepir kəndləri arasındakı Kızıldağ təpəsinin yamaclarına düşüb. Su-24-ün iki pilotu 500 metr yüksəklikdə katapultdan istifadə edərək paraşütlə yerə düşüb.
Türkiyənin Müdafiə Nazirliyinin yaydığı açıqlamada isə deyilir: "Hatay vilayətinin Yayladağ bölgəsi rayonunda naməlum təyyarə 5 dəqiqə ərzində 10 dəfə Türkiyənin hava sərhədini pozub. İki F-16 qırıcısı səmaya qaldırılıb və onlar həmin təyyarəni vurublar".
--------
12:59
Milli.Az Al Arabia-ya istinadən bildirir ki, Rusiyanın Suriyadakı hərbi kontingentinə aid Su-24 təyyarəsi vurulandan sonra katapulta ilə atılmış 2 pilotdan biri Türkməndağında yerli türkmənlər tərəfindən tutulub.
Rus pilotun 35 yaşlı olduğu iddia olunur.
--------
12:58
Milli.Az Al Arabia-ya istinadən bildirir ki, təyyarənin Türkiyənin Hərbi-Hava Qüvvələrinin qırıcıları tərəfindən vurulduğu xəbəri yanlışdır. Təyyarə aşağıdan buraxılan zenit raketi ilə vurulub.
Türkiyənin Müdafiə Nazirliyi isə Su-24 təyyarənin Türkiyə səmasında vurulduğunu bildirib.
Təyyarənin yerə düşən parçaları Türkiyənin Yayladağ bölgəsindəki Dutlubahçe kəndində iki nəfəri yaralayıb.
Yaralılardan Mehmet Horoz xəstəxanaya aparılıb.
--------
12:51
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, vurulan təyyarə Rusiyanın Hava-Kosmik Qüvvələrinə məxsus Su-24 qırıcı-bombardmançı təyyarəsidir. Rusiyanın Müdafiə Nazirliyindən verilən məlumata görə, təyyarə vurulan anda 6 min metr yüksəlikdə olub: "Təyyarə Türkiyənin hava sərhədlərini pozmayıb"
12:31
Milli.Az DHA-ya istinadən bildirir ki, Türkiyə HHQ-nin təyyarələrinin Suriyanın şimalında vurduqları təyyarə Suriyaya məxsus MiQ-23-dür. ---------
12:28
Milli.Az DHA-ya istinadən bildirir ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu Suriyanın şimalında, Türkiyə ilə sərhədin yaxınlığında vurulmuş təyyarə ilə bağlı BMT və NATO ilə məsləhətləşmələrin aparılması ilə bağlı XİN başçısına göstəriş verib.
----------
12:25
Milli.Az bildirir ki, Türkməndağı bölgəsində, Suriyanın Türkiyə ilə sərhədinin yaxınlığında vurulmuş təyyarədən iki rusiyalı hərbi pilotun katapulta ilə atıldıqları anların fotolarını CNN Türk yayıb.---------
12:14
Suriyanın Latakiya vilayətinin səmasında hərbi təyyarə partlayaraq yerə düşüb. Olay Türkiyə ilə sərhədin yaxınlığında baş verib.
Milli.Az Habertürk-ə istinadən bildirir ki, təyyarənin Türkmən dağının yaxınlığında vurulduğu deyilir.
Türkmən dağı Suriyanın Bayırbucaq bölgəsində, yerli əhalinin tam əksəriyyəti türkmənlər olan məkanda yerləşir. Suriya ordusu Rusiya hərbi təyyarələrinin dəstəyi ilə bu bölgəyə hucumdadır.
Son məlumatlara görə, Rusiyanın hərbi təyyarəsi Türkmən dağı bölgəsində Türkiyənin hava sərhədini pozub və Türkiyə HHQ-nin təyyarələri də onu vurub salıblar.
Al Jazeera isə Rusiyanın təyyarıəsinin türkmənlər tərəfindən vurulduğunu iddia edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər