General: "Rusları dəfələrlə xəbərdar etdik!" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 24-11-2015, 14:56 | Şərh sayı: (0) | Baxılıb: 336
General: "Rusları dəfələrlə xəbərdar etdik!"
Türkiyə Rusiya Hərbi Kosmik Qüvvələrinin qırıcı təyyarəsini vurmaqla öz hava məkanının pozulmasının qarşısını alıb və siyasi iradə göstərib.
Bunu Trend-ə Türkiyə Hərbi Qüvvələrinin istefada olan general-leytenantı Armağan Kuloğlu deyib.
Onun sözlərinə görə, Türkiyə üçün hava məkanını hansı ölkənin təyyarəsinin pozmasının heç bir əhəmiyyəti yoxdur:
"Rusiya qırıcısı vurulmazdan əvvəl onun ekipajına Türkiyə hava məkanını pozması barədə dəfələrlə xəbərdarlıq edilib".
A.Kuloğlu qeyd edib ki, bu insident Rusiya-Türkiyə münasibətlərində qısamüddətli siyasi böhran yarada bilər: "İki ölkə arasında siyasi əlaqələrin və iqtisadi layihələrin əhəmiyyətini nəzərə alsaq, bu böhran çox çəkməyəcək".
Qeyd edək ki, bu gün Türkiyə Hərbi Hava Qüvvələri öz hava məkanında Rusiyanın "Su-24" qırıcı təyyarəsini vurub.
Hər iki pilot katapult edə bilib və təyyarə Suriya ərazisinə düşüb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər