"Türkiyə sərhədinin pozulması əlverişsiz hava şəraitinin nəticəsidir" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-10-2015, 10:34 | Şərh sayı: (0) | Baxılıb: 284
"Türkiyə sərhədinin pozulması əlverişsiz hava şəraitinin nəticəsidir"
Rusiyanın Müdafiə Nazirliyi Suriyada həyata keçirilən əməliyyatlarda iştirak edən federasiyaya məxsus təyyarələrdən birinin qısa müddət ərzində Türkiyənin hava məkanını pozması faktını təsdiq edib.
"Report" xəbər verir ki, bunu brifinq zamanı hərbi idarənin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
"Oktyabrın 3-də planlı hərbi uçuşdan sonra, "Xmeymim" aerodromuna geri qayıtmaq üçün dağlıq-meşəlik ərazi üzərindən manevr zamanı, Rusiyanın "Su-30" tipli təyyarəsi bir neçə saniyəlik Türkiyənin hava məkanına daxil olub", - deyə o bildirib.
Onun sözlərinə görə, "obyektiv nəzarət məlumatları yoxlanıldıqdan və təhlil edildikdən sonra, Rusiya Hava-Kosmik Qüvvələrinin Suriyadakı aviasiya qrupu komandanlığı tərəfindən gələcəkdə bu kimi halların qarşısını almaq üçün zəruri tədbirlər görülüb".
Konaşenkov qeyd edib ki, Türkiyənin hava sərhədinin pozulması əlverişsiz hava şəraitinin nəticəsidir.
"Xəritədə gördüyünüz kimi, "Xmeymim" aviabazası Suriya-Türkiyə sərhədinin 30 km-də yerləşir. Müəyyən iqlim şəraitlərində aerodroma eniş şimaldan edilir", - deyə o bildirib.
"Ona görə bu insident sözügedən ərazidə hava şəraitinin əlverişsiz olmasının nəticəsidir. Burada hansısa konspiroloji səbəblər axtarmağa gərək yoxdur", - deyə Konaşenkov bildirib.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər