NATO Rusiyaya xəbərdarlıq etdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-10-2015, 22:29 | Şərh sayı: (0) | Baxılıb: 444
NATO Rusiyaya xəbərdarlıq etdi
NATO, Rusiyadan "Suriya müxalifətinə və dinc sakinlərə" havadan hücumları dayandırmağı tələb edib.
Moskva bir neçə gündür ki, Suriya hakimiyyətini dəstəkləmək üçün hava hücumlarına başlayıb.
Milli.Az BBC-yə istinadən bildirir ki, Rusiya döyüş təyyarəsinin şənbə günü Türkiyənin hava məkanını pozmasının ardından, Türkiyənin F-16 döyüş təyyarələri müdaxilə edib.
Rusiya döyüş təyyarəsi "Suriya istiqamətində Türkiyənin hava məkanına daxil olub", nazirlik bildirib.
Rusiya bildirib ki, hadisə "naviqasita xətası" ilə bağlıdır və onlar məsələni Ankaraya "izah ediblər".
Türkiyə həmçinin bildirib ki, sərhədi mühafizə edən Türkiyə qırıcıları bazar günü qeyri-məlum təyyarə tərəfindən təqib olunub.
Türkiyə, Rusiya hərbi təyyarəsinin ölkənin hava məkanını pozmasına görə, Rusiya səfirliyindən izahat tələb edib.
Türkiyə xarici işlər nazirliyinin bəyanatına görə, Rusiya təyyarəsi şənbə günü Türkiyənin hava məkanını pozub.
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov izahat üçün Türkiyə xarici işlər nazirliyinə çağırılıb.
Türkiyə xarici işlər naziri Ferudin Sinirlioğlu hadisəni rusiyalı həmkarı Sergey Lavrov və NATO-dakı tərəfdaşları ilə müzakirə edib.
Son günlər Türkiyə və bəzi Qərb ölkələri Rusiyanın Bəşər Əsədin tərəfindən Suriyadakı münaqişədə hərbi iştirakını pisləyib.
Türkiyə prezidenti Recep Tayip Erdoğan Moskvanın iştirakını səhv adlandırıb və bunun Rusiyanın daha çox təcridinə səbəb olacağını bildirib.
Britaniya baş naziri David Cameron isə bildirib ki, Rusiya İslam Dövləti (İD) qruplaşmasına zərbələ endirmir, əvəzində "Əsədin cəlladlarına" kömək edir.
BBC-ə müsahibəsində Kameron bunu "qorxunc səhv" adlandırıb və Rusiya prezidentini "kursu dəyişməyə" və İD-nə qarşı mübarizədə ABŞ və Britaniyaya kömək etməyə çağırıb.
Moskva isə iddia edir ki, Suriyadakı hərbi əməliyyatların məqsədi İD-ni vurmaqdır və Suriyada dinc sakinlərin ölməsini inkar edib.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər