Ərdoğan Obama ilə Rusiyanın "SU-24" təyyarəsinin vurulmasını müzakirə edib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-11-2015, 11:11 | Şərh sayı: (0) | Baxılıb: 414
Ərdoğan Obama ilə Rusiyanın "SU-24" təyyarəsinin vurulmasını müzakirə edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Barak Obama ilə telefon danışığı zamanı Rusiyaya məxsus "SU-24" təyyarəsinin vurulması ilə bağlı yaranmış vəziyyəti müzakirə edib. APA-nın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, prezidentlər bu cür hadisələrin təkrarlanmaması, onların aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsini qeyd ediblər.
Məlumata görə, Obama Türkiyənin öz suverenliyini qorumaq haqqının ABŞ və NATO tərəfindən dəstəkləndiyini bildirib. Prezidentlər gərginliyin azaldılması istiqamətində lazımi tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.
Ərdoğan və Obama Suriyada siyasi keçidin təmin olunması üçün İŞİD-ə qarşı mübarizənin davam etdirmək niyyətində olduqlarını qətiyyətlə qeyd ediblər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər