"NATO aviasiyasına Rusiya təyyarələrinə hücum etmək icazəsi verilib" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-10-2015, 22:50 | Şərh sayı: (0) | Baxılıb: 289
"NATO aviasiyasına Rusiya təyyarələrinə hücum etmək icazəsi verilib"
NATO ölkələri pilotlarına, həmçinin Britaniya hərbi təyyarəçilərinə İraqın hava məkanında "həyatları üçün təhlükə yaranarsa" Rusiya hərbi təyyarələrinə hücum etmək hüququ verilib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu iddia ilə Londonun "Daily Star Sunday" qəzeti Birləşmiş Krallığın müdafiə idarəsindəki mənbələrinə istinadən çıxış edib.
"Britaniya Hərbi Hava Qüvvələri pilotlarına bununla yanaşı nəyin bahasına olursa olsun Rusiya təyyarələri ilə təmasdan qaçmaq tapşırığı verilib", - deyə nəşr qeyd edib.
Məqalədə yazıldığına görə, bu addım Britaniya nazirlərinin "Yaxın Şərqdə vəziyyətin Rusiyanın hərəkətləri səbəbindən daha da təhlükəli" olması ilə bağlı xəbərdarlığından sonra atılıb.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər