Vasitəli Köməklik |
Müəllif: Nokeri-Huseyn | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 12-12-2013, 00:55 | Şərh sayı: (2) | Baxılıb: 3093
Vasitəli Köməklik
İmam Həsən əleyhissəlamın şəxsiyyətinin böyük və ali olması bir nəfər imkansız şəxsin onun evindən əliboş geri qayıtmasına icazə vermirdi. İmamın birbaşa və bilavasitə kömək etməyə imkanı olmadıqda, vasitəli şəkildə imkansızların ehtiyacını ödəməyə çalışardı. O, müxtəlif yollarla tədbir görüb ehtiyacları ödəyər və müşkülatı həll edərdi.
Belə rəvayət olunur ki, bir gün Həzrətin cavanlıq dövrlərində ikinci xəlifənin zamanında kasıb bir kişi onun (ə) yanına gəlib kömək istədi. İş elə gətirmişdi ki həmin vaxt İmamın pulu yox idi. Digər tərəfdən də kasıb kişinin onun evindən əliboş geri qayıtması İmam əleyhissəlamı utandırırdı. Buna görə İmam Həsən (əleyhissəlam) kişiyə buyurdu:
- Səni məqsədinə çatmaq üçün bir yerə göndərsəm razı olarsan?
- Hara?
- Bu gün xəlifənin qızı rəhmətə getmişdir xəlifə qızına əza saxlayır hələ heç kəs ona gəlib başsağlığı verməmişdir. Xəlifənin yanına get və sənə öyrədəcəyim ifadə ilə ona başsağlığı ver. Sən bu yolla öz məqsədinə nail olarsan.
- Xəlifəyə necə başsağlığı verim?
- Xəlifənin yanına gedib belə de: “Əlhəmdu lillahilləzi sətərəha biculusikə əla qəbriha və la hətəkəha biculusiha əla qəbrik.» İfadənin mə’nası belədir: “Həmd olsun Allaha ki səni qızının qəbri üstündə oturmaqla onun həyasını saxladı və onu sənin qəbrin üstündə oturmaqla həyasını aparmadı.» Yə’ni qızın səndən qabaq dünyasını dəyişib torpaq altında yatmışdırsa bu atasının sayəsindədir. Yox əgər sən ondan tez ölsəydin ola bilərdi ki onun həyası getsin.
Kasıb kişi İmam əleyhissəlamın dediyi kimi də etdi.
Məhəbbətlə dolu olan xəlifənin qəlbində böyük tə’sir göstərdi və onun kədərini qəm-qüssəsini azaltdı. Xəlifə əmr etdi ki kişiyə bəxşiş versinlər. Sonra xəlifə kişidən soruşdu: “Bu sözləri sən özündən dedin yoxsa səni bir öyrədən var?” Kişi cavab verdi ki xeyr bunları mənə Həsən ibn Əli (əleyhissəlam) öyrətmişdir. Xəlifə dedi: “Doğru deyirsən o fəsahətli və şirin sözlər mənbəyidir.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər