Səudiyyə rəsmi rəqəmi açıqladı: Həcc faciəsində 4173 nəfər ölüb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-09-2015, 23:14 | Şərh sayı: (0) | Baxılıb: 1168
Səudiyyə rəsmi rəqəmi açıqladı: Həcc faciəsində 4173 nəfər ölüb
İslamazeri.az xəbər verir ki, Səudiyyə rəsmiləri tərəfindən Məkkədə "şeytan daşlama" mərasimi zamanı baş verən izdihamda 769 zəvvarın həyatını itirdiyi açıqlanmışdı. Lakin başda İran olmaqla, Pakistan və İndoneziya ölü sayının daha çox olduğunu açıqlamış, onlara göndərilən fotoşəkillərin mini keçdiyini ifadə etmişdi. Ən böyük iddia isə İrandan gəlmişdi. İran faciədə 4 700 zəvvarın həyatını itirdiyini iddia etmişdi. Faciəsindən sonra Səudiyyə kralı Bələdiyyə sədri, Həcc naziri və Məkkə polis rəsini vəzifəsindən azad etmişdi. Ölü sayı ilə bağlı iddialardan sonra Səudiyyə rəsmiləri həqiqi rəqəmi açıqlamaq məcburiyyətində qalıb. Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyi Minada baş verən izdihamda həyatını itirənlərin sayının 4173-ə yüksəldiyi açıqlayıb.
Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyi isə saytda yer alan xəbəri təkzib edib. Nazirliyin "Twitter" səhifəsində qeyd olunub ki, saytın köhnə versiyası hakerlər tərəfindən sındırılıb və bu məlumat yerləşdirilib. لا صحة للخبر المتداول والمنسوب لمعالي نائب وزير الصحة عن ارتفاع وفيات حادث #تدافع_مشعر_منى إلى أكثر من ٤٠٠٠ — وزارة الصحة السعودية (@SaudiMOH) 29 Eylül 2015
Mənbə : İslamazeri
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər