İŞİD-in naşid oxuyan azərbaycanlı terrorçuları - "Mən bir qərib mücahid" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-10-2015, 07:56 | Şərh sayı: (0) | Baxılıb: 1652
İŞİD-in naşid oxuyan azərbaycanlı terrorçuları - "Mən bir qərib mücahid"
İslamazeri.az xəbər verir ki, İŞİD terror təşkilatının azərbaycanlılardan ibarət terrorçularının yeni videosu yayılıb. 7 oktyabr tarixində çəkilən videoda danışan terrorçulardan biri hazırda əməliyyata hazırlaşdıqlarını qeyd edərək sol tərəfdə oturan terrorçunun ilk *naşidini oxuyacağını söyləyir və bunun Azərbaycanda, Türkiyədə və dünyada olan “mücahid”lər üçün hədiyyə olduğunu qeyd edir. Videonun harada çəkildiyi bildirilməyib. Naşid - sinxron insan səslərindən ibarət mahnı. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, terrorçuluq, yəni dövlət hakimiyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə, həmçinin Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məhzəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə hüquqazidd əməllərin törədilməsinə görə qanunvericiliklə müəyyən edilmiş cəza müddətləri artırılaraq 20 il və ya ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkumetmə ilə cəzalandırılır.
Mənbə : İslamazeri
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər