RSS
 

Login:
Şifrə:
» » Azərbaycana qarşı çirkin kampaniyanın davamı

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Azərbaycana qarşı çirkin kampaniyanın davamı

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-10-2015, 23:22 | Şərh sayı: (0) | Baxılıb: 415

Azərbaycana qarşı çirkin kampaniyanın davamı


Azərbaycana qarşı çirkin kampaniyanın davamı


Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqland oktyabrın 7-də öz nümayəndəsini Nazirlər Komitəsinin Azərbaycanda İnsan Hüquqları üzrə Birgə İşçi Qrupundan (BİQ) geri çağırmaq barədə qərar qəbul edib. Bu barədə AŞ baş katibinin mətbuat katibi bəyanat verib. Bəyanatda qeyd olunub ki, 2014-cü ilin oktyabrından Avropa Şurasının nümayəndəsi Bakıda vətəndaş cəmiyyəti və hakimiyyət arasında dialoqun bərpasına yönəlmiş görüşlərdə iştirak edib. Eyni zamanda bildirilib ki, 2014-cü ildə Azərbaycandan bir qrup şəxs AŞ-nin baş katibi T.Yaqlanda, AŞ Parlament Aassambleyasının (PA) rəhbəri Ann Brasserə və təşkilata üzv dövlətlərə Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin pisləşməsi ilə əlaqədar qətiyyətli tədbirlər görmək çağırışı ilə müraciət edib. Görünən budur ki, AŞ-nin baş katibi hərtərəfli araşdırma aparmadan, BİQ-də təmsil olunan hüquq müdafiəçilərinin də fikrini öyrənmədən, məqsədli şəkildə yalnız sözügedən müraciətə əsaslanaraq öz nümayəndəsini geri çağırmaq qərarına gəlib. Maraqlı məqamlardan biri də budur ki, Azərbaycanda bəzi media qurumları, xüsusən də xarici dairələrdən qidalanan bəzi xəbər saytları bu hadisəni sensasiya kimi qələmə verib, AŞ-nin Azərbaycanla əməkdaşlığı dayandırması barədə yanlış təsəvvür yaratmağa çalışıblar. Əsl gerçəklikdə isə AŞ Azərbaycanla əməkdaşlığına heç bir halda son qoymayıb, söhbət yalnız BİQ-in iclaslarında dinləyici kimi iştirak edən bir nəfərin bundan sonra qurumun tədbirlərinə qatılmamasından gedir.

Mövzu ilə bağlı fikirlərini "Kaspi"yə bölüşən hüquq müdafiəçisi, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib ki, AŞ baş katibinin son qərarına BİQ-də təmsil olunan hüquq müdafiəçiləri artıq öz etirazlarını bildiriblər. Onun sözlərinə görə, BİQ-in dünən keçirilən toplantısında bu məsələyə yenidən toxunulub və hər kəs öz münasibətini açıqlayıb. Millət vəkili qeyd edib ki, BİQ-in yaradılmasını vaxtilə Azərbaycan Prezidenti İlham Əliyevdən T.Yaqland xahiş edib. Ölkə başçısı da baş katibin bu xahişinə hörmət əlaməti olaraq, BİQ-in yaradılması üçün müvafiq tapşırıqlar verib, qısa zaman ərzində İşçi Qrupu fəaliyyətə başlayıb: "Bəzi şəxslər elə fikirləşirlər ki, BİQ zərurət oldu-olmadı hər ay toplanmalı, iclas keçirməli, hansısa qərar qəbul etməli, müəyyən məsələləri müzakirə etməli, müraciət və bəyanatlar yaymalıdır. Halbuki biz toplaşmadan da hökumətlə əməkdaşlığımızı davam etdirirdik. Bir sıra məsələləri araşdırıb həmsədrlərə, Əfv Komissiyasına göndərir, eyni zamanda, bizə edilən fərdi müraciətləri araşdırır, lazımi ünvanlara yollayırdıq. Bu günlərdə 9 hüquq müdafiəçisi ilə birlikdə Ali Məhkəmə sədrinə də müraciət etmişik və müraciətimizdə bəzi şəxslərin işinin nəzarətə götürülməsini, onların işinin ədalətli həll olunmasını istəmişik. Yəni bu qaydada bizim fəaliyyətimiz, əməkdaşlığımız davam etməkdədir. BİQ 3-5 nəfər həbsdə olan adamdan ötrü yaranmayıb ki, yalnız onlar barədə qərar çıxarsın, işləsin və sair. Azərbaycan cəmiyyətində kimin hansı hüququ pozulubsa, bununla bağlı BİQ-ə müraciət edə bilər. Bu, həmin şəxsin haqqıdır və kiməsə bu barədə məhdudiyyət qoyulmayıb. Biz özümüz də fərdi müraciətlərə üstünlük veririk".

Deputat deyib ki, AŞ-nin marağında olan 5-10 nəfər var ki, onların məsələsi yalnız əfvlə həllini tapa bilər. Bu isə Prezident İlham Əliyevin müstəsna hüququdur və əfv hər ay verilmir: "Bu günə qədər olan əfv fərman və sərəncamlarına nəzər yetirsək, bu kimi humanist addımlar il ərzində 1-2 dəfə olur. Biz ümid edirik ki, bir qrup şəxs cari ilin dekabr ayında azadlığa qovuşacaqlar. Onların əfv olunması üçün müzakirələr aparır, təkliflər veririk. Bütün görülən işlərə rəğmən, bu gün heç bir ciddi səbəb olmadan, müzakirə aparılmadan, tələm-tələsik BİQ-dən imtina edilməsi Azərbaycana qarşı çirkin kampaniyanın davamıdır. Çox təəssüf ki, Avropa Şurası da bu anti- Azərbaycan kampaniyasının tərkib hissəsinə çevrilir, təsir altında atılan addımlarla ölkəmiz əleyhinə qərəzli münasibət sərgilənir. Biz bunu qətiyyətlə pisləyir və hesab edirik ki, Avropa Şurasının nümayəndəsi BİQ-də olsa da, olmasa da, İşçi Qrupu fəaliyyətini bundan sonra da davam etdirəcək. Azərbaycan cəmiyyətində müzakirə predmeti olan şəxslərin azadlığa çıxmaq imkanları qanunən yol veriləndirsə, biz bundan sonra da bununla bağlı ölkə başçısına müraciət edəcək, həmin şəxslərin əfv olunmasını xahiş edəcəyik. Baş katib Yaqlandın qərarı həm də onu deməyə əsas verir ki, Avropa Şurası BİQ-in fəaliyyət göstərməsində əvvəlcədən maraqlı olmayıb, sadəcə, söz xətrinə belə bir təklif verib, təklif alınmayacağı təqdirdə isə bundan Azərbaycan əleyhinə istifadə etmək niyyəti güdüb. Ola bilsin ki, onlar heç gözləmirdilər ki, Prezident İlham Əliyev bu təklifə dərhal reaksiya verəcək, BİQ yaradılacaq. Görünür, baş katib və onun simasında Avropa Şurası vaxtilə belə bir təklif irəli sürdüklərindən peşman olub".

Parlament üzvü Bəxtiyar Əliyev baş katib T.Yaqlandın son qərarını yalnız onun Azərbaycana münasibəti kimi deyil, ümumilikdə ölkəmizə qarşı aparılan kampaniya kimi xarakterizə edib. Millət vəkilinin sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin AŞ-də uğurlu fəaliyyəti, ölkə həqiqətlərinin Avropanın mühüm qurumunda dəstəklənməsi Azərbaycana qarşı qarayaxma kampaniyası aparan siyasi dairələri hiddətləndirir. Bu səbəbdən də T.Yaqlanda ciddi təzyiq göstərilir ki, baş katib də təzyiqlərdən yaxa qurtarmaq üçün həmin siyasi sifarişləri yerinə yetirir: "Onlar Azərbaycanda insan haqları ilə bağlı heç bir ciddi problemin olmadığını yaxşı bilirlər. İşçi Qrupunun normal şəkildə fəaliyyət göstərdiyi də göz önündədir. Belə olan halda onlar sabah hesabat verərkən obyektiv məsələləri qeyd etmək məcburiyyətində qalacaqlar. Ona görə də süni surətdə problemlər yaratmaqla bu əməkdaşlığı dayandırmaq istəyiblər. Burada məqsəd tam aydındır. Sonradan Azərbaycanın bu işinə qara yaxmaq, qeyri-obyektiv mövqe bildirmək və sair. Bu səbəbdən də hesab edirəm ki, Azərbaycanın QHT və vətəndaş cəmiyyətinin nümayəndələri ölkəmizə qarşı bu qərəzli münasibətə etiraz bildirməlidirlər".

BİQ-də təmsil olunan hüquq müdafiəçisi Sahib Məmmədov isə mövzu ilə bağlı "Kaspi"yə açıqlama verərkən ilk növbədə bəzi media qurumlarında hadisə barədə yanlış məlumatların getməsinə toxunub. Bildirib ki, "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bu barədə çaşdırıcı məlumat yaymaqla KİV haqqında Qanunu kobud şəkildə pozub, rəsmi məlumatı təhrif edərək öz məqsədinə uyğun şəkildə yayıb. S.Məmmədovun fikrincə, media rəhbərinin bu addımı həm də etik normaların pozulmasıdır: "Mehman Əliyev birinci dəfə deyil ki, bu tipli məlumatlar yayır. O, xarici ölkələrdən milyonlarla vəsait alıb və Azərbaycanda 5-6 media qurumu yaradaraq saxta məlumatları tirajlamaqla məşğul olur. Əsl həqiqətdə isə Avropa Şurasının baş katibi Nazirlər Komitəsində çıxış edərkən BİQ-in fəaliyyətinin səmərəli olmadığını söyləyib. Ona görə də öz nümayəndəsini BİQ-in iclaslarına göndərmək istəmədiyini vurğulayıb. Təəssüf ki, bəzi media qurumları da bu hadisəni "Avropa Şurası nümayəndəsini geri çağırdı", "Avropa Şurası Azərbaycanla əməkdaşlığı dayandırdı" - kimi təqdim ediblər".

Hüquq müdafiəçisi bildirib ki, Azərbaycanda BİQ 2005-ci ildə yaradılıb və orada heç bir beynəlxalq təşkilatın nümayəndəsi üzv deyil. Onun sözlərinə görə, BİQ yalnız milli formatdır və burada hakimiyyətin müxtəlif qolları təmsil olunub: "BİQ-in həmsədrləri Prezident Administrasiyasının, Milli Məclisin, Məhkəmənin nümayəndələridir. Eyni zamanda, BİQ-də yerli vətəndaş cəmiyyəti təmsilçiləri, 10 nəfərdən ibarət hüquq müdafiəçiləri təmsil olunurlar. Göründüyü kimi, BİQ-də nə beynəlxalq təşkilatların nümayəndəsi, nə də Avropa qurumlarının təmsilçiləri yer alıblar. Yalnız razılaşma əsasında, onların Azərbaycan hökumətindən xahişinə görə Avropa Şurası baş katibinin nümayəndəsi BİQ-in iclaslarında iştirak edir, müşahidə aparırdı. İndi isə baş katib deyir ki, bundan sonra öz nümayəndəmi BİQ-in iclaslarına göndərməyəcəm. Biz ilk növbədə bundan təəssüf hissi keçiririk. Ona görə ki, Avropa Şurası sıradan bir QHT deyil, Avropa məkanında ciddi qurumdur. Özünə hörmət edən ciddi qurum isə hər hansı ciddi səbəb olmadan, əldə etdiyi hansısa birtərəfli məlumat əsasında bu cür küskünlük nümayiş etdirməli deyil. Azərbaycan Avropa Şurasının üzvüdür, ölkəmiz Avropa Məhkəməsinin yurisdiksiyası altındadır. Ona görə də bu təşkilatın borcudur ki, Azərbaycanla əməkdaşlıq etsin. Digər tərəfdən, onsuz da Yaqlandın nümayəndəsi Azərbaycana gəlib-gedə bilmirdi. Bu səbəbdən həmin nümayəndə regionda səfərdə olan zaman bizdən xahiş edirdi ki, BİQ-in iclasını çağırın, mən də orada iştirak edim. Amma indi Yaqland bəyanat verir ki, nümayəndəmi göndərməyəcəm. Özü bilər. Bu, bizim işimizə hər hansı formada ciddi təsir etmir. Lakin Yaqland gələcəkdə yenidən öz nümayəndəsinin BİQ-in iclaslarına qatılmasını istəsə, gərək bunun üçün Azərbaycan hökumətindən icazə alsın".

Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor