İrandan həcc ziyarəti ilə bağlı təklif |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-10-2015, 21:39 | Şərh sayı: (0) | Baxılıb: 357
İrandan həcc ziyarəti ilə bağlı təklif
İran polisi digər müsəlman ölkələrindən olan polis qüvvələri ilə birlikdə Məkkədə zəvvarların nizam-intizamını təmin etməyə hazırdır.
Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi İran Hüquq-Mühafizə Qüvvələrinin Baş komandanı, general Hüseyn Əştəriyə istinadən məlumat verir.
H.Əştəri Minada baş verən hadisə zamanı Səudiyyə Ərəbistanı polisinin məsuliyyətini düzgün yerinə yetirmədiyini bildirib: "Əgər Səudiyyə Ərəbistanı Allah evinin zəvvarlarının nizam-intizamını təmin etmək öhdəliyini düzgün yerinə yetirə bilmirsə, bu işin məsuliyyətini islam ölkələri polislərinə təhvil versinlər".
H.Əştəri deyib ki, İran polisi bu öhdəliyi ən yaxşı formada yerinə yetirə bilər: "Mina faciəsində əsas amil Səudiyyə Ərəbistanı polisinin məsuliyyətsiz hərəkətidir. Əgər onlar iradə nümayiş etdirsəydilər, bu böyük faciənin qarşısını ala bilərdilər və yaralıları xilas edə bilərdilər".
Qeyd edək ki, Məkkədə - Mina dağında sentyabrın 25-də baş verən izdihamda 750-dən artıq zəvvar ölüb, 1000-ə yaxın zəvvar isə yaralanıb. Minadakı hadisədə ölən iranlı zəvvarların sayı 465 nəfərdir.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər