Nigeriyalı alim Şeyx Zakzaki Səudiyyə şahzadəsinə qisas tətbiq olunmasını istədi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-09-2015, 16:22 | Şərh sayı: (0) | Baxılıb: 802
Nigeriyalı alim Şeyx Zakzaki Səudiyyə şahzadəsinə qisas tətbiq olunmasını istədi
İslamazeri.az-ın "shafaqna"-ya istinadən verdiyi xəbərə görə, Nigeriya Şiə Hərəkatının başçısı Şeyx İbrahim Zakzaki Mədinə və Məkkədə olan müqəddəs məkanların bütün müsəlmanlara aid olduğunu vurğulayıb və belə danışıb: "Bu iki müqəddəs şəhərin rəhbərliyində bütün müsəlmanların payı olmalıdır. Məkkə və Mədinə Səudiyyə Ərəbistanının deyil. Bu səbəbdən bütün İslam ölkələrinin bu iki şəhərin rəhbərliyində söz haqqı olmalıdır." Şeyx Zakzaki sözlərinə belə davam edib: "Məkkə və Mədinənin yalnız Səudiyyə xanədanının əlində olması son dərəcə səhvdir." Minada baş verən faciədə həyatlarını itirən hacıların ailələriylə görüşən Şeyx Zakzaki Səudiyyə Ərəbistanının həcc mərasimini əlinə üzünə bulaşdırdığına diqqət çəkib və belə danışıb: "Məkkə və Mədinəyə gedən müsəlmanlar Allahın qonaqlarıdır və onların təhlükəsizliyi hər şeydən əvvəl gəlir. Bu səbəbdən də burada müsəlman ölkələri bunu çox yaxşı anlamalıdır: Öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün belə olsa Məkkə və Mədinənin rəhbərliyində söz sahibi olmalıdır. Çünki Səudiyyə xanədanına etibar yoxdur, onlara güvənmək olmaz. Bu məlum hadisə də onsuz da bu həqiqəti isbat edir. Səudiyyəlilərin əlləri Yəmən xalqının qanına bulaşdığı bir zamanda Suriya, Bəhreyn və İraqda bir çox cinayəti işləmişkən və işləməyə davam edərkən onlara necə etibar edilə bilər?! Minada baş verən hadisədə əsl səbəbin kralın oğlu və bərabərindəki mühafizə ordusu olduğuna diqqət çəkən Şeyx Zakzaki belə danışıb: Səudiyyə xanədanı üçün bu qədər müsəlmanın ölməsinin heç bir əhəmiyyəti yoxdur. Onlar hətta bu hadisənin günahını hacıların üzərinə atmağa çalışmışlar! Əgər həqiqətən onlar üçün yüzlərlə müsəlmanın ölməsinin birazca belə əhəmiyyəti varsa hadisəyə səbəb olan şahzadəyə qisas tətbiq edilsin!" Səmral Quluzadə / İslamazeri
Mənbə : İslamazeri
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər