Aşuranın İslamın qorunub-saxlanılmasında rolu |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 31-10-2014, 04:12 | Şərh sayı: (0) | Baxılıb: 832
Aşuranın İslamın qorunub-saxlanılmasında rolu
Sual oluna bilər ki, Kərbəla hadisəsinin İslam tarixi, müsəlmanların müqəddərati məsələləri və nəhayət, insanların səadətində rolu olması və ya ola biləcəyini necə bilmək olar? Bu sualın doğurduğu qaranlıqlara imkan daxilində aydınlıq gətirilməlidir.
Bildiyimiz kimi, bütün insanlar Kərbəla hadisəsini insaniyyət aləminin yeganə faciəsi olmasa da, çox nadir hadisələrdən hesab edirlər. Əlbəttə, imamlarımızdan bizə gəlib çatmış xəbərlərə əsasən, biz inanırıq ki, buna oxşar hadisə baş verməyəcəkdir. Amma bu barədə adəti üzrə sənəd və dəlil tələb edənlər üçün söz uzanmasın deyə, ehtiyat edib deyirik ki, bəşər tarixi ilə müəyyən qədər tanışlığı olan bütün tarixçilər bu hadisəni dünyada baş vermiş hadisələr içərisində
çox nadir və qeyri-adi bir faciə kimi qiymətləndirirlər. Həqiqətən də, bu hadisə həm necə baş verməsi, həm müsibətinin əzəməti, həm xalq arasında xatirəsinin qorunub-yaşadılması və həm də cəmiyyətdə qoyduğu izlər baxımından digər hadisələrlə müqayisəolunmaz dərəcədə fərqlənir. Buna misal olaraq, hər il öz ölkəmizdə bu əzadarlığın təkrar olaraq keçirilməsi göstərir ki, heç bir hadisəni Kərbəla faciəsi ilə müqayisə etmək olmaz. Bu hadisə zamanı çəkilən zəhmətlər, təşkil edilən mərasimlər və tökülən göz yaşlarını sözsüz ki, digər hadisələrə müqayisədə daha çox müşahidə edirik.
Kitabın adı: Kərbəlada çaxan bir şimşək
Müəllif: Doktor Mishab Yəzdi
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər