Şiələr Cəfəri imam kimi qəbul etmişlərmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 19-01-2016, 21:23 | Şərh sayı: (0) | Baxılıb: 331
Şiələr Cəfəri imam kimi qəbul etmişlərmi?
Sual: İmam Həsən Əskərinin (ə) şəhadətindən sonra şiələr Cəfərə başsağlığı verib, həmçinin onun imamətinə görə təbrik etmişlərmi?
Cavab: Əhməd Katib deyir: “Əbul-Ədyanın hədisinə uyğun olaraq aralarında birinci naib olmaqla, bütün şiələr İmam Əskərinin (ə) hüznü ilə əlaqədar olaraq Cəfərə başsağlığı vermiş və həmçinin onun imamətinə görə təbrik etmişlər”.
1.Əbul-Ədyanın hədisinə müraciət etməklə anlayırıq ki, Əhməd Katibin əldə etdiyi (“Kəmalud-din, səh.475-476; “Biharul-ənvar”, c.52, səh.67, hədis.53) nəticə ümumi şəkildə doğru deyil. Əksinə, hədisdə qeyd edilən budur ki, Əbul-Ədyan deyir:
وإذا أنا بجعفر بن على أخيه بباب الدار والشيعة حوله يعزّونه ويهنّئونه
“Qəfil (İmam Əskərinin) qardaşı Cəfər ibn Əlini evin qapısının kənarında, əhatəsində olan şiələrin ona başsağlığı verən və təbrik edən halda gördüm”. Bu ifadədən belə anlaşılır ki, hələ İmam Mehdinin (ə.f) doğulmasının gizlədilmə səbəbinə görə İmamın imaməti bəzi şiələr üçün aydın olmamışdı. Onlar da Cəfərin imam olduğunu güman edərək onu bu mövzuda təbrik etmişlər.
2. Bu hadisədə Cəfərə başsağlığı verən və onu təbrik edən birinci naib Osman ibn Səiddən əsər-əlamət yoxdur. Katibin birinci naibə verdiyi nisbət açıq şəkildə yalandır.
3. Əbul-Ədyanın hədis toplularına müraciət etməklə aydın olur ki, Cəfər öz iddiasında yalançı olmuşdur. Əbul-Ədyan deyir:
فلمّا صرنا فى الدار إذا نحن بالحسن بن على صلوات اللَّه عليه على نعشه مکفّنا فتقدم جعفر بن على ليصلّى على أخيه، فلمّا همّ بالتکبير خرج صبىّ بوجهه سمرة، بشعره قطط، بأسنانه تفليج، فجبذ برداء جعفر بن على وقال: تأخّر يا عمّ فأنا أحق بالصلاة على أبى، فتأخر جعفر، وقد اربد وجهه فتقدّم الصبى وصلّى عليه ودفن إلى جانب قبر أبيه عليهما السلام ثمّ قال: يا بصرى هات جوابات الکتب التى معک، فدفعتها إليه
“Elə ki evə çatdıq, müşahidə etdik ki, Həsən ibn Əlinin nəşi kəfənlənmişdir. Cəfər qardaşına namaz qılmaq üçün irəli gəldi. Elə təkbir demək istəyirdi ki, qarabuğdayı, qıvrımsaçlı və seyrək dişli bir oğlan uşağı çıxdı. Cəfər ibn Əlinin ridasını[1] çəkib dedi: “Kənara çəkil ay əmi, atama namaz qılmaq üçün ən çox mənim haqqım var. Cəfər kənara çəkildi. Onun siması bozardı. Oğlan irəli keçərək ona (İmam Əskəriyə) namaz qıldı və atasının qəbri kənarında dəfn edildi. Sonra (İmam) dedi: “Ey Bəsri, səndə olan məktubların cavablarını mənə ver. Mən də onları ona verdim”.[2]
[1] Libas növü
[2] Kəmalud-din, səh.475-476; Biharul-ənvar, c.52, səh.67, hədis.53
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər