İkinci naib |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-11-2015, 19:39 | Şərh sayı: (0) | Baxılıb: 366
İkinci naib
Məhəmməd ibn Osman da atası kimi şiə məzhəbinin böyük şəxsiyyətlərindən olmuşdur. O, təqvalı, ədalətli, ehtiramlı bir şəxs bütün və İmam Həsən Əskərinin (ə) etibar etdiyi yaxın dostlarından olmuşdur. İmam Əskəri (ə) Əhməd ibn İshaqın “Kimə müraciət edək?” sualının cavabında buyurmuşdu: “Osman ibn Səid və oğlu Məhəmməd hər ikisi mənim etibar etdiyim şəxslərdir. Sənə nə çatdırsalar, bil ki, mənim tərəfimdən çatdırır, nə desələr, bil ki mənim tərəfimdən deyirlər. Onların sözünə qulaq as və onlara itaət et! Çünki mən onların ikisinə də etibar edirəm.” [1]
Osman ibn Səid vəfat etdikdən sonra İmam Mehdi (ə.f) tərəfindən Mühəmmədə başsağlığı verilərək nümayəndə təyin olunması haqqında bir məktub yetişir. [2]
Abdullah ibn Cəfər Himyəri deyir: “Osman ibn Səid vəfat etdikdən sonra İmam Mehdinin (ə.f) əvvəllər bizimlə yazışdığı dəst-xətilə bir məktub gəlir. Məktubda Məhəmməd ibn Osman atasının yerinə naib təyin edildiyi deyilirdi.” [3]
Həmçinin, İmam Mehdi (ə.f) İshaq ibn Yəqubun suallarına cavab verdiyi məktubda belə yazmışdı: “Allah Məhəmməd ibn Osman ibn Səid və vəfat etmiş atasından razı olsun. O mənim inandığım bir şəxsdir və onun yazdığı mənim yazdığımdır.”
Məhəmməd ibn Osman fiqh (islam hüququ) elmi sahəsində bir neçə əsər yazmış o vəfat etdikdən sonra isə həmin əsərlər İmamın üçüncü naibi Hüseyn ibn Ruha (və ya dördüncü naib Əbülhəsən Səməriyə) yetişmişdır. [4]
Məhəmməd ibn Osman təxminən qırx il İmam Mehdi (ə.f) nümayəndəsi olmuş bu müddət ərzində müxtəlif məntəqələr üzrə təyin olunmuş, nümayəndələrə başçılıq etmiş, onların işlərinə nəzarət etmiş və şiələrin işini səliqə-səhmana salmışdır. İmam Mehdidən (ə.f) ona çoxlu məktub yetişmiş o isə həmin məktubları öz sahiblərinə (məktub yazıb cavabını gözləyən şəxslərə) çatdırmışdır. Nəhayət, hicrətin 304və ya 305-ci ilində vəfat etmişdir. [5] O, ölümündən qabaq vəfat edəcəyi tarixi müəyyən etmiş və müəyyən etdiyi vaxtda da vəfat etmişdir. [6]
İmamzaman.az
[1] Əl-Qeybə, səh/219.
[2] Həmin, səh/219-220.
[3] Həmin, səh/220.
[4] Həmin, səh/221.
[5] Həmin, səh/223.
[6] Həmin,səh/222.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər