İmamın (ə.f) doğulması barədə ixtilafın olması süstlük yaratmırmı? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 15-01-2016, 11:42 | Şərh sayı: (0) | Baxılıb: 354
İmamın (ə.f) doğulması barədə ixtilafın olması süstlük yaratmırmı?
Sual: İmam Mehdinin (ə.f) doğulması məsələsində ixtilafın olması bu məsələdə süstlüyün və diqqətsizliyin yaranmasına səbəb olmurmu?
Cavab: Əhməd Katib onun qəsdindədir ki, İmam Mehdinin (ə.f) dünyaya gəlmə məsələsində ortaya çıxan ixtilafdan yararlanıb, bundan Həzrətin doğulması məsələsininin əsassızlığını göstərmək üçün istifadə etsin.
Birincisi, mövzu və hadisədə ixtilafın olması həmin məsələnin olmaması anlamını heç vaxt daşımamışdır. Əksinə, belə bir ixtilafın olması onun varlığını sübut edən amillərdəndir. Əgər belə olmasa, heç bir hadisəni sübut etmək mümkün olmayacaqdır; çünki hər bir mövzu və hadisədə müxtəlif cəhətlərdən ixtilafın düşməsi mümkündür. Peyğəmbərin (s) hədisinə əsaslansaq, onun ümməti 73 firqəyə bölünmədimi? Məgər bu bölücülük və təfriqə İslamın əsasını sual altına salır və dinin göstərişlərində şəkk yaradır?
İkincisi, həmin zamanın siyasi vəziyyəti və İmamın (ə.f) dünyaya gəlməsinin məxfiliyini nəzərə alsaq, bu məsələdə ixtilaf və fikirayrılıqlarının yaranmasını təbii hesab edəcəyik.
Üçüncüsü, Şeyx Müfidin nəqlinə uyğun olaraq deyə bilərik ki, şiə cameəsi elə də uzaq olmayan müddətdən sonra İmam Mehdinin (ə.f) doğulması məsələsində yekdil fikrə çatdılar[1]. O, deyir: “Hal-hazırkı dövrə ki, 373-cü ildir[2], İmam Həsənin (ə) oğlunun imamətinə qail olan on iki imam firqəsindən başqa qeyd edilən firqələr mövcud deyil…”[3] Maraqlı olan budur ki, İmam Mehdinin (ə.f) doğulması barədə bəzilərinin rəddedici fikirləri Əhli-beytin (ə) gözündən yayınmamışdır. Belə ki onlar bəzi hədislərdə bu məsələyə işarə etmişlər. Şeyx Səduq İmam Musa ibn Cəfərdən (ə) səhih sənədlər nəql etmişdir: “Bu işin sahibi bir kəsdir ki, camaat(dan bəzisi onun haqqında) deyərlər: “Hələ doğulmamışdır”.[4]
[1]Bir çox anlaşılmazlıq və fikirayrılıqları olmuşdur ki, zamanla aydınlanmış və ixtilaf yekdil fikirlə nəticələnmişdir. Bundan əvvəlki məqalədə də qeyd edildi ki, alim və əshabın yol göstərməsi və s. səbəblərdən sonra bu məsələ məzhəbdaxili demək olar ki, heç bir ixtilaf olmadan qəbul edildi.
[2] Şeyx Müfid hicri-qəməri tarixi ilə 336-413-cü illərdə yaşamışdır. O, demək istəyir ki, qeyd etdiyi tarixə qədər bu barədə şəkk və tərəddüd içərisində olan firqələr öz varlığını qoruyub saxlaya bilməmiş və aradan getmişdi.
[3]“Əl-fusulul-muxtarə”, s.321; “Biharul-ənvar”, c.37, s.23
Bu fikir onu ifadə edir ki, ixtilaf və ya şəkk-şübhəyə düşmüş firqələr qeyd edilən vaxtda artıq mövcud deyildi, aradan getmişdi.
[4]“Kəmalud-din”, s.360; “Biharul-ənvar”, c.51, səh.159, hədis.3
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər