12 imamın Allah tərəfindən seçilməsinə inam |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 1-10-2015, 18:35 | Şərh sayı: (0) | Baxılıb: 699
12 imamın Allah tərəfindən seçilməsinə inam
Ümumi imamət anlayışı qəbul olunduqdan sonra xüsusi imamət anlayışının qəbul olunması məhdəviyyət mövzusunda xüsusi rola malikdir. İmam Həsən Əskərinin (ə) oğlu İmam Mehdinin (ə.f) vəd olunmuş xilaskar olmasını qəbul etməzdən öncə, digər Əhli-Beyt imamlarının (İmam Əlidən(ə) İmam Həsən Əskəriyə(ə) qədər) kimliyi təsbit olunmalı və qəbul edilməlidir. Bundan sonrakı mərhələdə Əhli-Beyt imamlarının Allah tərəfindən seçilərək, Peyğəmbərin(s) təsdiq və elan etməsi ilə imamət məqamına təyin olunduqlarını qəbul etməliyik. İmamət zəncirinin sonuncu halqası İmam Muhəmməd ibn Həsən Mehdidir (ə.f). Həzrət Muhəmməd (s) peyğəmbərliyini elan etdiyi ilk dönəmlərdə qohum-əqrəbasını yığaraq onları İslama dəvət etdi. Bu dəvəti ilk qəbul edib,Peyğəmbərin(s) səsinə səs verən şəxs Həzrət Əli (ə) olmuşdur. Həmin məclisdə Peyğəmbər (s) Həzrət Əlinin (ə) özündən sonra imam olacağını açıqlamış və bu hadisədən sonra iyirmi il ərzində müxtəlif məqamlarda onun imaməti barədə söz açmışdır. Ömrünün axır çağlarında Allahın Rəsulu (s) “Vida Həccindən” sonra belə buyurdu: من کنت مولاه فهذا علی مولاه “Mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır.” (“Dəməşqin tarixi”, İbn Əsakir, c.1, s.366) Həmçinin “Vilayət ayəsi” (“Maidə”, 55) nazil olduğu zaman Peyğəmbər(s) buyurdu: هم خلفایی یا جابر و ائمة المسلمین من بعدی، اولهم علی بن ابی طالب ثم الحسن، ثم الحسین ثم علی بن الحسین، ثم محمد بن علی... ثم الصادق جعفر بن محمد، ثم موسی بن جعفر، ثم علی بن موسی، ثم محمد بن علی، ثم علی بن محمد، ثم الحسن بن علی، ثم سمیی و کنیی حجة اللَّه فی ارضه و بقیته فی عباده ابن الحسن بن علی “Ey Cabir, onlar mənim canişinim və məndən sonra müsəlmanların imamlarıdır. Onların birincisi Əli ibn Əbu Talib, ondan sonra Həsən, Hüseyn, Əli ibn Hüseyn, Muhəmməd ibn Əli, Cəfər ibn Muhəmməd Sadiq, Musa ibn Cəfər, Əli ibn Musa, Muhəmməd ibn Əli, Əli ibn Muhəmməd və Həsən ibn Əlidir. Ondan sonra adı adım, künyəsi künyəm olan Allahın bəndələri arasında saxladığı (Bəqiyyətullah), Həsən ibn Əlinin oğlu müsəlmanların imamı və rəhbəridir.” (“Yənabiül-Məvəddət”, Hənəfi Qunduzi, s.494-495) imamzaman.az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər