Nə üçün Cəfər “yalançı” kimi tanınır? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 19-01-2016, 20:44 | Şərh sayı: (0) | Baxılıb: 324
[b] Nə üçün Cəfər “yalançı” kimi tanınır? [/b]
[b]Sual: Nə üçün Cəfər “yalançı” kimi tanınır?
Cavab: İmam Mehdi (ə.f) tərəfindən yazılan bir məktubda o həzrət Cəfərə toxunmuş və belə buyurmuşdur: وقد ادّعى هذا المبطل المفترى على اللَّه الکذب بما ادعاه، فلا أدرى بأيّة حالة هيى له رجاء أنيتم دعواه، أبفقه فى دين اللَّه؟ فواللَّه ما يعرف حلالا من حرام ولا يفرق بين خطاء وصواب “Sözsüz ki, bu şəxs yalançı və Allaha töhmət vurandır. Hər nə deyirsə, yalandan iddia etmişdir. Bilmirəm ki, hansı halına ümid edir ki, iddiasını tamamlayır (iddiasında israrlıdır)? Allah dini barədə bilgi iləmi (belə bir qənaətə gəlib)? And olsun Allaha ki, o, halalı haramdan seçə bilmir və doğrunu yanlışdan ayıra bilmir!” (“Əl-ğeybət”, Tusi, səh.288-290; “Biharul-ənvar”, c.53, səh.195, hədis.21) Bu məktubdan istifadə edərək deyə bilərik ki, Cəfərə “yalançı” ləqəbini verən ilk şəxs elə İmamın (ə.f) özü olmuşdur və bundan sonra həmin ləqəblə məşhur oldu. Bəziləri qeyd edir ki, onu yalançı adı ilə vəsf etməyin səbəbi adının İmam Cəfər Sadiq (ə) ilə səhv salınmaması üçün nəzərdə tutulmuşdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər