İmam Mehdinin doğulması barədə kimlər danışıb? |
Müəllif: Admin | Bölmə: Slide, Sual-Cavab | Vaxt: 1-01-2016, 19:42 | Şərh sayı: (0) | Baxılıb: 439
İmam Mehdinin doğulması barədə kimlər danışıb?
Sual: İmam Mehdinin (ə.f) dünyaya gəlişi xəbəri yalnız Həkimə xanım tərəfindən nəql olunub?
Cavab: Xeyr, Bu belə deyil. Əksinə, İmam Həsən Əskərinin (ə) bir çox səhabələri və başqa şəxslər İmam Mehdinin (ə.f) dünyaya gəlişi xəbərini vermişlər. Hətta onlardan bəziləri İmamı (ə.f) ya qısamüddətli, ya da uzunmüddətli qeyb dövründə görmüşlər. Onlardan bəzilərinə işarə edək: 1. Əbülfəzl Hüseyn ibn Həsən Ələvi deyir: دخلت على أبىمحمد الحسن بن على(ع) بسرّمنرأى فهنّأته بولادة ابنه القآئم “Samərrada Əbu Muhəmməd Həsən ibn Əlinin (İmam Əskərinin) hüzuruna daxil oldum ki, oğlu Qaimin dünyaya gəlişi münasibətilə onu təbrik edim” (“Biharul-ənvar”, c.51, səh.17, c.24). 2. Əhməd ibn Muhəmməd deyir: خرج عن أبىمحمد(ع) حين قتل الزبيرى: هذا جزآء من افترى على اللَّه تبارک وتعالى فى أوليائه زعم أنّه يقتلنى وليس لى عقب، فکيف رأى قدرة اللَّه عزّوجلّ. وولد له وسمّاه محمد سنة ستّ وخمسين ومأتين Zübeyrinin öldürülməsindən sonra Əbu Muhəmməddən (ə) əlimə bir məktub çatdı ki, orada yazılmışdı: “Bu, Allah-təbarək və taala və Onun övliyalarına iftira atmış şəxsin cəzasıdır. Güman etdi ki, məni canişinim olmadan qətlə yetirəcək? Bəs Allahın qüdrətini necə gördü?” Bundan sonra hədisi nəql edən deyir: H.q 255-ci ildə onun bir oğlu dünyaya gəldi və adını Muhəmməd (ə.f) qoydular” (Həmin mənbə, c.4, səh.4). 3. Əbu Haşim Cəfəri deyir: قلت لأبىمحمّد (ص): جلالتک تمنعنى من مسألتک، فتأذن لى أن أسألک. فقال: سل! قلت: يا سيّدى! هل لک ولد؟ فقال: نعم Əbu Muhəmmədə (ə) dedim: "Əzəmətiniz sizdən soruşmağıma mane olur. Mənə icazə verin ki, sizdən soruşum". Dedi: "Soruş!" Dedim: "Ey Sərvərim, sizin uşağınız varmı?" Buyurdu: "Bəli..." (“Kafi”, c.1, səh.328, c.2) 4. Şeyx Səduq İmam Həsən Əskərinin (ə) xidmətçisi Nəsimdən belə nəql edir: قد دخلت عليه بعد مولده بليلة فعطست عنده فقال لى: يرحمک اللَّه! قالت نسيم: فرحت بذلک، فقال لى: ألا أبشّرک فى العطاس؟! فقلت: بلى يا مولاى! فقال: هو أمان من الموت ثلاثةايام Dünyaya gəlişindən bir gün sonra onun yanına daxil oldum. Yanında səbir gətirdim. Mənə dedi: "Allah sənə rəhm etsin!" Nəsim dedi: "Bundan xoşhal oldum". Mənə dedi: "Səni səbir gətirmək barədə müjdələyimmi?!" Dedim: "Bəli, ey mövlam!" Dedi: "O, üç gün ölümdən amanda saxlayır” (“Kəmalud-din”, c.5, səh.430). 5. Şeyx Səduq Nəsim və Mariyadan nəql edir: لمّا خرج صاحب الزمان (ع) من بطن أمّه سقط جاثياً على رکبتيه، رافعاً سبابته نحو السمآء ثمّ عطس. فقال: الحمد للَّه ربّ العالمين وصلّى اللَّه على محمّد وآله عبداً... زعمت الظلمة أنّ حجّة اللَّه داحضة ولو أذن لنا فى الکلام لزال الشکّ İmam Mehdi (ə.f) anasının bətnindən çıxdığı zaman dizləri üstə çökdü, şəhadət barmağını səmaya qaldırdı, sonra səbir gətirdi və dedi: “Əlhəmdu lillahi rabbil-aləmin və salləllahu əla Muhəmmədin və Alihi əbdən daxiran ğayrə mustənkifin və la mustəkbirin”. Zalımlar iddia etdilər ki, Allahın höccəti aradan getdi və əgər bizə kəlamda icazə verilsə, şəkk sözsüz aradan gedər (Tusi, “Əl-Ğeybət”, səh.245). 6. Şeyx Tusi Kamil ibn İbrahim Mədənidən, onun İmam Əskəri ilə görüşünə dair hədis nəql etmişdir: فجاءت الريح فکشفت طرفه فإذا أنا بفتىً کأنّه فلقة قمر من أبنآء أربع سنين أومثلها، فقال لى: يا کامل بن ابراهيم! فاقشعررت من ذلک وألهمت أن قلت: لبيک يا سيدى! فقال: جئت إلى ولىّ اللَّه وحجّته وبابه تسأله هل يدخل الجنّة إلّا من عرف معرفتک؟ وقال بمقالتک؟ فقلت: اى واللَّه Külək əsdi və pərdəni açdı. Qəflətən ay parçası kimi dörd-beş yaşlarında olan bir oğlan uşağını gördüm. Mənə dedi: "Ey Kamil ibn İbrahim!" Bu müraciətindən bədənim titrədi və ilhamlanaraq dedim: "Ey sərvərim, ləbbeyk (Budur, sənin qarşındayam)!" Dedi: “Allahın vəlisi, Onun höccət və qapısı olan şəxsin yanına gəlmisən ki, sənin bilginə malik olan və dediklərini deyən şəxsdən başqasının Cənnətə daxil olub-olmayacağını soruşasan?" Dedim: "Bəli, and olsun Allaha!" (Həmin mənbə, səh.247) 7. Əmr Əhvazi deyir: أرانى أبومحمد(ع) ابنه وقال هذا صاحبکم بعدى Əbu Muhəmməd oğlunu mənə göstərib dedi: "Bu, məndən sonra sizin sahibinizdir" (“Əl-İrşad”, c.2, səh.348). Şeyx Hürr Amuli deyir: Kuleyni və başqaları sənədləri ilə nəql edirlər ki, bir çox insan doğuluduqdan sonra İmam Zamanla (ə.f) görüşüblər. Həmin şəxslərdən bəzilərinin adlarını qeyd edirik: Muhəmməd ibn İsmayıl ibn Musa ibn Cəfər, Həkimə binti Muhəmməd ibn Əli, Əbu Əli ibn Mütəhhər, İbrahim (xidmətçi), Əbu Abdullah ibn Saleh, İbrahim ibn İdris, Cəfər ibn Əli (əmisi), Əmr Əhvazi, Zərif (xidmətçi), Farsi, Mədaini və başqaları (“İsbatul-Hudat”, c.3, səh.442). 8. Müaviyə ibn Həkim və Muhəmməd ibn Əyyub ibn Nuh və Muhəmməd ibn Osman Əmri deyir: عرض علينا أبومحمد الحسن بن على(ع) ونحن فى منزله وکنّا أربعين رجلاً. فقال: هذا إمامکم من بعدى وخليفتى عليکم أطيعوه ولاتتفرّقوا من بعدى... Əbu Muhəmməd Həsən ibn Əli Əskəri (oğlunu) bizə göstərdi. Biz onun mənzilində idik və 40 nəfər idik. Dedi: "Bu, məndən sonra sizin imamınız və mənim sizlərə xəlifəmdir. Ona tabe olun və məndən sonra parçalanmayın...” (“Kəmalud-din”, səh.435)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər