Cəfərin Həzrət Yusifin (ə) qardaşlarına bənzəməsi |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 19-01-2016, 20:58 | Şərh sayı: (0) | Baxılıb: 321
Cəfərin Həzrət Yusifin (ə) qardaşlarına bənzəməsi
Sual: Nə üçün İmam Mehdi (ə.f) əmisi Cəfəri Yusifin (ə) qardaşlarına bənzədib?
Cavab: İmam Mehdi (ə.f) Muhəmməd ibn Osman Əmriyə ünvanladığı məktubun aşağısında bu sözləri qeyd etmişdir: وأمّا سبيل عمّى جعفر وولده فسبيل اِخوة يوسف “Əmim Cəfər və onun övladlarının yoluna gəlincə, (onların tutduğu yol eynən) Yusifin (ə) qardaşlarının yoludur” (“Biharul-ənvar”, c.53, səh.180, hədis.10). İmamın (ə.f) bu bənzətməsini bir neçə məsələyə işarə etməklə açıqlamaq olar: 1. İmam Mehdinin (ə.f) əmisi Cəfərin məsəli eyni ilə peyğəmbər övladlarının məsəlinə oxşayır. Həmin şəxsləri ata-babalarından ayırmaq və onlar barədə bir söz deməmək lazımdır. Yəni, o şəxslər barədə müzakirə apararkən ehtiyatlı olmaq lazımdır ki, onların pak ata-babalarına hörmətsizlik edilməsin. Belə bir şəxslərin əməlləri də ata-babalarının adına yazılmamalıdır. 2. Yusifin qardaşları biabırçı əməllərindən tövbə etdikləri kimi, o da bu cür etmişdir. Belə ki bəziləri ona Cəfər Təvvab ləqəbi vermişlər. 3. Yaqubun (ə) övladlarının günaha mürtəkib olmalarına baxmayaraq, Allah-taala Yaqubun (ə) kəraməti sayəsində onları əfv etdi. Həmçinin Cəfər barədə də bunları demək olar. Çünki o, imam oğlu, imam qardaşı və imam əmisidir. 4. Belə bir bənzətmənin Cəfərin günah və xətasını sübut etmək üçün nəzərə alınması mümkündür. Yaqubun (ə) övladları günaha bulaşdılar. Bu da o deməkdir ki, peyğəmbər və canişinlərin övladlarının günahsız və məsum olma iddiasını etmək mümkün deyil. Bir imamın övladı da günaha mürtəkib ola bilər. İmamın bu bənzətməsində məqsəd ağlabatmaz məsələləri aradan qaldırmaq olmuşdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər