İmam Həsən Əskəri (ə) anasına nə vəsiyyət etdi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 19-01-2016, 18:56 | Şərh sayı: (0) | Baxılıb: 357
İmam Həsən Əskəri (ə) anasına nə vəsiyyət etdi?
Sual: İmam Həsən Əskəri (ə) şəhadətindən əvvəl anasına vəsiyyət etmişdirmi?
Cavab: Bəzi şəxslər vəqf və sədəqat[1] barədə İmam Həsən Əskərinin (ə) anasına etdiyi vəsiyyəti İmam Mehdinin (ə.f) doğulmasını inkar etmək üçün sübut kimi gətirirlər. Baxmayaraq ki, belə bir dəlil mövcud deyil. Çünki belə bir addım (vəsiyyətin edilməsi) qəddar və qaniçən hakimin nümayəndəliyindən İmam Mehdinin (ə.f) doğulmasını gizlətmək və bu işin üstünü örtmək üçün olmuşdur. Əgər İmamın (ə) vəsiyyətnaməsində Mehdi (ə.f) adı çəkilsəydi, vəqf və sədəqat ona nisbət verilsəydi, bu zaman bu addım İmam Həsən Əskərinin (ə) oğlunu qorumaq hədəfi ilə ziddiyyət təşkil edərdi. Xüsusilə bunu qeyd etmək lazımdır ki, bu vəsiyyətə Bəni-Abbas dövləti nümayəndələri şahidlik etməli, onun əslini təsdiqləməli və ora imza atmalı idilər. Məgər İmam Sadiqin (ə) zamanında o Həzrət (ə) oğlu Musanı (ə) hökumət sisteminin hücumlarından qorumağa çalışmırdımı? İmam Sadiq (ə) oğlu Musanın (ə) imaməti və öz vəsiyyətini hər kəs qarşısında açıqlamadı. Bunun əvəzində beş nəfərə vəsiyyət etdi ki, onlardan biri Mənsur Abbasi, sonra Rəbi, həmin dövrün qazisi və həmçinin kənizi və uşağın anası olan Həmidə Bərbəriyyə idi. Oğlu Musa ibn Cəfərin adını axırda qeyd etdi ki, bu yolla oğlunun canını qorusun[2]. Buna baxmayaraq, İmam Sadiq (ə) İmam Musanın (ə) imamət məsələsini əshab və qəyyumları üçün aydınlaşdırmışdı. Bu da zaman keçdikcə başqaları üçün də tam şəkildə aydınlaşdı.[3]
[1] Xüms və zəkat məsələləri
[2] Bu xəbəri Kuleyni “Kafi” kitabında (1:310), İbn Şəhr Aşub “Mənaqib”ində (3:310) və Məclisi “Bihar”ında (47:3) qeyd etmişdir. Bu mənbələrdə qeyd edilir ki, İmam (ə) beş nəfərə vəsiyyət etmişdir: Əbu Cəfər əl-Mənsur, Muhəmməd ibn Süleyman, Abdullah ibn Cəfər, Musa ibn Cəfər və Həmidə.
[3] Daha ətraflı məlumat üçün Şeyx Müfidin “Əl-Məsailul-əşrətu fil-Ğeybət” kitabının 69-72-ci səhifələrinə müraciət edə bilərsiniz.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər