İmam Hadi (ə) İmam Mehdinin (ə.f) dünyaya gəlişi barədə nə deyib? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 13-01-2016, 20:55 | Şərh sayı: (0) | Baxılıb: 362
İmam Hadi (ə) İmam Mehdinin (ə.f) dünyaya gəlişi barədə nə deyib?
Sual: İmam Hadi (ə) İmam Mehdinin (ə.f) dünyaya gəlişi barədə nə deyib?
Cavab: Saqr ibn Əbu Dəlf deyir: İmam Hadinin (ə) belə buyurduğunu eşitdim: الإمام بعدى الحسن وبعد الحسن ابنه القآئم الّذى يملأ الأرض قسطاً وعدلاً کما ملئت جوراً وظلماً “Məndən sonra imam Həsəndir. Həsəndən (ə) sonra (imam) oğlu Qaimdir, kim ki yer üzünü zorakılıq (haqsızlıq) və zülm ilə dolduğu kimi (oranı) haqq-ədalətlə dolduracaqdır” (“Biharul-ənvar”, c.50, səh.239, hədis.3). Davud ibn Qasim Cəfəri deyir: İmam Əbül-Həsən Hadinin (ə) belə buyurduğunu eşitdim: الخلف من بعدى الحسن، فکيف بکم بالخلف من بعد الخلف؟ فقلت: ولِمَ؟ جعلنى اللَّه فداک! فقال: إنّکم لاترون شخصه ولايحلّ لکم ذکر اسمه “Məndən sonra xələf (canişin) Həsəndir. Canişindən sonrakı canişinə olan nisbətiniz necədir?” Dedim: “Nə üçün (necədir)? Allah məni sizə fəda etsin”. Dedi: “Həqiqətən, siz onun kimliyini görməyəcəksiz və sizə onun adını çəkməyə icazə verilmir” (“Kəşfül-ğümmə”, c.2, səh.406).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər