Nəsirəddin Tusi və məhdəviyyət |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 2-11-2015, 11:14 | Şərh sayı: (0) | Baxılıb: 1342
Nəsirəddin Tusi və məhdəviyyət
Xacə Nəsirəddin Tusi (597-672 h.q.) VIII əsr şiə filosoflarından hesab olunur. Məhdəviyyət məsələsini belə bir müxtəsər ifadə ilə açıqlamışdır: “İmam lütfdür, bu səbəbdən də Allahın lütf hasil etməsi üçün İmam təyin etməsi gərəkdir. Bunun üçün arada heç bir maneə yoxdur. Xoşbəxtlik arzularının gerçəkləşməsinin yalnız İmamdan asılı olması düşüncə sahibləri üçün aydındır. İmamın varlığı lütfdür, onun fəaliyyətləri isə bir başqa lütfdür. Onun qeybi bizim üzümüzdəndir.”(Daha ətraflı mütaliə etmək üçün “Kəşful-Murad” kitabının 362-ci səhifəsinə müraciət edin.) İzah: Əslində imamət və bu vəzifəni öhdəsinə almış şəxslər Allahın bizlər üçün bir lütfü və mərhəmətidir. Əgər imamət olmasaydı, yer üzü necə olardı? İmamlar Allahın yer üzərindəki bələdçiləri və höccətləridir. Onlar olmadan insan yolunu azar, qəflətə qapılar. Hər bir ağıl və düşüncə sahibi bilir ki, hidayət tapmaq, zülmətdən nura çıxmaq insan üçün bir xoşbəxtlikdir. Bu xoşbəxtlik yalnız İmamın varlığından keçir. İmamdan məhrum olmaq bizim üzümüzdəndir. Bir zamanlar Allahın lütfləri əlimizdə idi, biz onları qoruya bilmədik, nankorluq etdik. İndi isə İmam Mehdi – Allahın sonuncu bələdçisi qeybdədir. Əslində bu da bir lütfdür. Çünki biz dərk edirik ki, İmam yox, biz ondan uzaq düşmüşük. Və ona tərəf sürətlə addımlamalı, inqilabı üçün zəminə və şərait yaratmalıyıq.
Fərid Abdullah
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər