Dəccalın həqiqəti |
Müəllif: Admin | Bölmə: --- | Vaxt: 6-03-2013, 23:43 | Şərh sayı: (0) | Baxılıb: 1655
Dəccalın həqiqəti
Dəccal haqqında bir neçə qrup mütəfəkkirin müxtəlif nəzəriyyələri vardır ki, insan onlardan bəzilərini nəzərdən keçirməklə Dəccal haqqında ümumi bir anlayış əldə edə bilər.
Birinci qrup: Bəziləri belə düşünür ki, Dəccal müəyyən bir şəxsin adı deyil, kim puç və əsassız iddialarla və hiylə vasitəsilə insanları aldadarsa, Dəccaldır. Rəvayətlərdə olan çoxlu dəccallar haqda olan sözlər də, bu ehtimalı gücləndirir. Misal üçün, Peyğəmbər (s) belə buyurur:
“Övladlarımdan olan Mehdi (əc.) zühur etməyincə qiyamət qopmaz. Həmçinin altmış dəccal zühur edərək hər biri “mən peyğəmbərəm” - deməyincə Mehdi (ə) zühur etməyəcək (“əl-İrşad”, c. 2, s. 371).
Hədisdən belə nəticə almaq olur ki, bu dəccallar içərisində ən hiyləgəri və ən yalançısı, İmam Mehdinin (ə) gəlişinin və qiyamətin baş verməsinin ən mühüm nişanəsidir. Beləliklə, ümumi nəticə alırıq ki, iki növ dəccal var: Biri həqiqi Dəccaldır ki, bütün dəccallardan sonra İmamla (ə) eyni zamanda zühur edəcək və özünün həqiqi simasını göstərəcək. İkinci isə, batil dövlətlərin inkişaf etmiş texnoloji alətləridir (radio, televizor, kompüter, peyk antenləri və s.). Onlar bu vasitələrlə insanları azdıracaqlar. Peyğəmbər (s) belə buyurur: “Dəccalın gəlişindən öncə yetmişdən çox dəccal gələcəkdir”.
İkinci qrup: Bu alimlər onu müəyyən bir şəxs bilir və Dəccal adıyla camaatı azğınlığa sürükləyəcəyinə inanırlar. Bu qrupdan bəziləri rəvayətlərə əsaslanaraq Dəccalın diri və həyatda olduğunu iddia edirlər. Misal üçün deyilir ki, Dəccal həzrət Rəsulullahın (s) zamanında olub, zühur edənədək diri qalacaqdır.
Bu qrupnin Dəccalın həqiqəti barəsində üç nəzəriyyəsi vardır.
1) İslamın böyük alimlərindən bəziləri Dəccalı, soyu yəhudi olan və şəxsiyyəti İmam Mehdinin (əc.) zühurunadək gizli qalan bir şəxs bilirlər. Bu nəzəriyyəyə əsasən, Dəccal qeyri-adi gücə malik olan təkgözlü bir kişidir ki, axirüz-zamanda zühur edəcək. O, ixtiyarında olan bütün təəccübləndirici alətlərdən və minik növlərindən istifadə edərək insanları dəstə- dəstə İmam Mehdinin (əc.) amal və istəklərindən uzaqlaşdıracaq, hoqqabazlıqla insanları cəhənnəmə sürükləyəcək. Ayətullah Safi Gülpayiqani də bu nəzəriyyə ilə razıdır.
2) İslam alimlərinin digər bir qrupu hədislərdə gəlmiş Dəccal və onun təəccübləndirici xüsusiyyətlərini metaforik və məcazi bilirlər. Belə ki, əks-İlahi və şeytani cərəyanlar simvolik olaraq Son dövrdə insanların qəlblərinə və ağıllarına hökmranlıq edəcək və mümkün qədər özünün bütün fəsadlarını dünyaya yayacaq. Bu cərəyan İlahi təlimləri istehza edər, insani fəzilətləri ayaq altına alaraq əxlaqi dəyərləri bir-birinə vuracaq. Bu nəzəriyyəyə əsasən, Dəccal, dinsiz ölkələrdən bütün dünyaya hakim olan bir simvol da ola bilər ki, özünün aldadıcı və təəccübləndirici zahiri ilə insanların mənəvi gözlərini kor edərək yalnız heyvani və maddi baxışını açacaqdır. Beləliklə bu nəzəriyyəyə əsasən, Dəccal təkcə bir insan deyil, əksinə hər bir vasitəylə İmam Mehdinin (əc.) inqilabının baş verməsinə mane olan, insanları fəsad və pozğunluğa aparan bütün hoqqabazlardır (“Hökuməti-cahaniye-həzrət Mehdi (əc.)”, s. 171).
3) Üçüncü nəzəriyyə demək olar ki, yuxaridakı iki nəzəriyyənin sintezidir.
Mötəbər hədislərə əsasən, Dəccal, alnında bir gözü olan əfsanəvi məxluq deyil. Əksinə, axirüz-zamanda olan bütün zalım və dinsiz dövlət başçılarına ünvanlanan ümumi bir simvol, həmçinin, hər növ hiylə və yalandan istifadə edərək insanları kütləvi şəkildə şeytani ideyaların və nəfsani istəklərin arxasınca aparan bütün hiyləgər və yalançılara verilən addır. Axirüz-zamanda, İmam Mehdinin (əc.) zühurundan öncə bu zühur üçün fikri, əxlaqi və ictimai şəraitin hazır olmasına baxmayaraq, İlahi qanunların qarşısını almaqdan və İmamın zühuruna maneə yaratmaqdan ötrü hiyləgər dəccalların fəaliyyətləri də biri-digərindən daha çox olacaq. Bu nəzəriyyəyə əsasən, deyə bilərik ki, Son dövrün bütün dəccallarının başında böyük Dəccal durur və fitnə-fəsadı son həddə çatdırmaq üçün onlara yol göstərir.
Bu nəzəriyyəyə əsasən, Dəccal, saysız-hesabsız mənalara uyğun gələn ümumi bir anlayışdır. Belə ki, bu saysız-hesabsız mənalara rəğmən, Dəccal, sözün həqiqi mənasında qeyri-adi bacarığa malik bir məxluqdur. Onun əsl siması və kimliyi zühur vaxtı aşkar olacaq.
Məhz bu baxımdan, Dəccal sözü şeytan sözü kimi bir sözdür. Belə ki, Şeytan da bir əsas mənası və saysız-hesabsız mənaları olan ümumi bir anlayışdır. Şeytan anlayışının əsas mənası elə "böyük İblisdir", amma digər mənaları tarix boyu İblisin insanlardan və cinlərdən olan bütün ardıcıllarına deyilir (maraqlıdır, İncildə və Məsihilikdə "Dəccal" sözü "şeytan"ın əsasının bir hissəsinə uyğun gəlir və ondan da maraqlısı budur ki, İncildə Dəccalın kodu 666 ədədilə tanınır. Bu da satanizmdə, şeytanpərəstlik ayinlərində olan şeytan kodudur (“Mükaşifati-Yuhənna”, 2-ci bölmə, 13-cü fəsl).
Üçüncü qrup: Bu qrupun nəzərlərinə əsasən, Dəccalın üç əsas yozumu vardır:
1) "Dəccal" birmənalı və tanınmayan bir məxluqdur. Onun əsl şəxsiyyətinin zühuruna qədər naməlum qalacaq, zühurdan sonra isə hamıya məlum olacaqdır.
2) "Dəccal" müxtəlif mənalara malik olub, bütün Dəccal ardıcılları və dəccalsifətliləri özündə toplayır.
3) "Dəccal" müxtəlif və rəngarəng cilvələrə malikdir. O bu vasitəylə çoxlu insan azdırar və İmam Mehdinin (əc.) İlahi amallarının genişlənməsinə mane olar.
Dəccal haqqında başqa maraqlı mətləblər olsa da, bununla kifayətlənmək istəyirəm. Ümidvaram ki, bu barədə fərqli düşünən möhtərəm oxucular öz fikirlərini bizimlə bölüşməyi unutmayacaqlar. Allahın sonsuz salamı üzərinizə olsun. Amin!

Hazirladi Mir Eli
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Şərhlər